Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü

Tarix 18.04.18, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


Ötən şənbə günü Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59-dakı köhnə birmərtəbəli həyət evlərinin sakinləri buldozerlərin, uçurulan evlərin səs-küyünə yuxudan durublar. Bəlli olub ki, evləri onlar içində ola-ola, yəni sakinlər köçürülmədən uçurdulur. Bu qalmaqal zamanı sakinlərdən ikisinin vəziyyəti pisləşib, hadisə yerinə təcili yardım və polis əməkdaşları çağırıblar. Sakinlərə müvəqqəti olaraq qohumlarının evində məskunlaşmaları tövsiyə edilib

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Evləri uçurdan isə həmin ərazidəki köhnə evlərin yerində “Pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli yaşayış kompleksi tikməyə hazırlaşan “Grand Plaza” MMC adlı şirkətdir.

Sakinlərin sözlərinə görə, söküntü elə qəfil başlayıb ki, heç əşyalarını evdən çıxara bilməyiblər. Onların dediyinə görə, evlərini tərk edəndən sonra fəhlələr əşyalarını oğurlayırlar.

“Şirkətin əməkdaşları bizimlə olduqca aqressiv rəftar edirlər. Buna görə də qorxumuzdan səsimizi çıxara bilmirik. Sökülən evlərin yerində bina tikiləcəyi və həmin binadan bizə ev veriləcəyi bildirilsə də, rəsmi sənəd verilmədiyinə, müqavilə bağlanmadığına görə razı olmurduq”, -sakinlər söyləyiblər.

Hazırda şirkətin bir qrup əməkdaşı söküntü işlərinə nəzarət edir. Onlardan biri özünü təqdim etməsə də, tum çırtlaya-çırtlaya bir-iki kəlmə danışdı: “Mənzil istismar sahəsinin əməkdaşlarının iştirakı ilə əşyaları aktlaşdırmışıq. Pilot layihə çərçivəsində bina tikəcəyik. Gözəl layihə olacaq, dövlətin layihəsini həyata keçiririk”. Evlərin sakinlər çıxarılmadan sökülməsinə gəldikdə, şirkətin əməkdaşı bunu anlaşılmazlıq adlandırdı: “Bu buldozerin sürücüsünün səhvi olub, sürücü lal-kardır, deyilənləri eşitməyib”.

Şirkətin işçiləri sakinlərlə ətraflı danışmağımıza və söküntü ərazisinə yaxınlaşmağımıza əngəl yaratdılar, foto çəkməyə mane olmağa çalışdılar.

Qeyd edək ki, Grand Plaza MMC tikinti şirkəti Nəsimi rayonunda X.Ələsgərov, S.Rüstəm, Q.Quliyev və X.Şuşinski küçələrində də çoxmənzilli köhnə yaşayış binalarını söküb. Onların yerində yeni binaların tikintisini başladıb.










Xəbərin oxunma sayı : 493




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap