![]() |
|














Başlarına gətirilən müsibətlərdən danışdılar - FOTOLAR
Tarix 15.05.25, 22:32 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 15-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra David Babayanın vəkili məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar davamlı müalicə aldığını, buna görə də əvəzlənməsini xahiş edib.
David Babayan müdafiəçisinin dəyişməsinə etirazının olmadığını bildirib.
Daha sonra məhkəmə zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.
Zərərçəkmiş şəxs Sücaət Mədətova Füzuli şəhərinin 1992-ci il mayın 16-da Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində həyat yoldaşının şəhid olduğunu deyib.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələri rayonu işğal edəndə dörd tərəfdən mühasirəyə alıblar. Dinc sakinlərə qaçmağa belə imkan verilməyib, onlar müxtəlif tipli silahlarla atəşə tutulub, nəticədə çox sayda insan həlak olub.
Zərərçəkmiş digər şəxs Aqşin Ağazadə deyib ki, Ermənistan ordusunun bölmələrinin 1992-ci il martın 16-da Hadrut istiqamətindən Füzuli rayonunun Hərbi Komissarlığını raketlə vurmaları nəticəsində atası və qardaşı həyatlarını itiriblər.
O, 1993-cü ildə kəndləri işğal olunanda dayısının, həmçinin kəndin 9 mülki sakininin də qətlə yetirildiyini deyib. Zərərçəkmiş vurğulayıb ki, öldürülənlərin heç biri silahlı deyil, mülki şəxslər olub.
Zərərçəkmiş Rey Qasımov 1992-ci ilin yaz aylarından Ağdam şəhərinin Ermənistan ordusu tərəfindən atəşə tutulduğunu söyləyərək deyib: "Bu atəş nəticəsində onlarla ağdamlı həlak oldu və yaralandı. Mənim 70 yaşlı xalam da həmin atəş nəticəsində xəsarət aldı və sonradan dünyasını dəyişdi".
Zərərçəkən ifadəsində vurğulayıb ki, Ağdamdan məcburən evlərindən çıxanda onlara heç bir əşyalarını götürməyə imkan verməyiblər.
O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, ermənilərin Ağdama ərazi iddiası 1988-ci ildə Xankəndidəki mitinqlərdən sonra başlayıb.
Digər zərərçəkmiş Kərim Novruzov qeyd edib ki, Ermənistan ordusunun sonuncu irimiqyaslı hücumu 1992-ci il martın 12-də baş verib. “Ermənilər Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar kəndi mühasirəyə alıb, tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədər hərbi qüvvələri var idi, avtomatlar, pulemyotlar, snayper tüfəngləri ilə silahlanmışdılar. Atam 1992-ci il martın 12-də dinc sakinləri qətliamdan xilas edərkən həlak oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin vaxt qətlə yetirildi. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil”, - deyə K.Novruzov əlavə edib.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, həmin hücum zamanı atası Əvəz Novruzov, qardaşı Ziya Novruzov, əmiləri İsa Novruzov, Əsəddin Novruzov və Şəmsəddin Novruzov, nənəsi Səkinə Novruzova və digər kənd sakinləri, ümumilikdə 17 mülki azərbaycanlı qətlə yetirilib.
Zərərçəkən Bəxtiyar Ələsgərov məhkəməyə ifadə verib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il martın 12-də onların yaşadıqları Ağdərənin Baş Güneypəyə kəndinə dörd tərəfdən hücum edib. Həmin vaxt onun 17 yaşı olub, hadisə zamanı ayağından və çiynindən yaralanıb. Hücum vaxtı günahsız insanlara atəş açılıb, onlar qətlə yetirilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında B.Ələsgərov söyləyib ki, Ermənistan hərbçiləri hadisə zamanı onun babası Balay Qəribovu, nənəsi Saray İsmayılovanı, anası Zabilə Ələsgərovanı, bacısı Nərgiz Ələsgərovanı və xalası Ramilə Ələsgərovanı öldürüblər. Onların cəsədlərinin yeri indiyədək məlum deyil.
Zərərçəkmiş Elşad Aslanov Ermənistan ordusunun 1992-ci il martın 16-da Ağdərə rayonunun 5 kəndini mühasirəyə aldığını vurğulayıb. Bildirib ki, erməni hərbçiləri onun atasını, dayılarını və digər mülki sakinləri qətlə yetiriblər.
Zərərçəkən Kənan Bayramov isə deyib ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildən Azərbaycanın Tərtər rayonuna hücum edib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirilib ki, həmin hücumlarda iştirak edənlər arasında təqsirləndirilən Arayik Harutyunyanın qardaşı da olub. Bu müharibə zamanı Tərtər çoxlu şəhid verib. Ermənistan ordusunun bölmələri həmin vaxt Tərtərə işğal altında saxladıqları Azərbaycanın ərazilərindən atəş açıblar. Zərərçəkən şəxs müharibə zamanı səhhətində ciddi problemlər yarandığını deyib. Prosesdə ifadə verən zaman da zərərçəkənin vəziyyəti pisləşdiyi üçün həkim müayinəsinə ehtiyac duyulub.
K.Bayramov diqqətə çatdırıb ki, əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular, o, çox yaşamadı.
Zərərçəkən Vaqif Məhərrəmov Cəbrayılın işğalı zamanı zərər çəkdiyini qeyd edib. Deyib ki, Ermənistanın işğalçılıq siyasəti və təcavüzkar müharibəsi nəticəsində rayonun çoxlu sayda sakini şəhid olub. Rayon sakinləri doğma yurdundan qovulub, onların əmlakları talan olunub.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında zərərçəkən deyib ki, Cəbrayıla hücum 1990-1991-ci illərdən başlayıb. Ermənistan tərəfi rayona müxtəlif tipli silahlar, ağır texnika ilə hücum edib. Zərərçəkən şəxs təqsirləndirilən Davit İşxanyanın sualına cavabında qeyd edib ki, o, Cəbrayılda polis rəisi işləyib. Cəbrayıla hücum edənlər arasında xarici muzdlular da olub.
Digər zərərçəkmiş Elxan Mehdiyev 1992-ci ildə Ermənistan ordusunun hücumu nəticəsində qardaşının Qubadlıda şəhid olduğunu deyib. Diqqətə çatdırıb ki, erməni hərbçilər Ermənistan sərhədindən rayonu atəşə tuturdular. O, daha əvvəl atasının girov götürüldüyünü, altı aydan sonra isə nəşini aldıqlarını bildirib.
Zərərçəkmiş Osman Vəliyev qeyd edib ki, Zəngilanda baş verənlər miqyasına görə Xocalı faciəsindən kiçik olsa da, dəhşətli idi.
O bildirib ki, Zəngilan rayonunun 11 kəndi Ermənistan ordusu tərəfindən 1992-ci ilin dekabrında işğal olunub. İşğal zamanı dinc sakinlərə işgəncələr verilib, çoxlu sayda insan həlak olub.
"1993-cü ildə Zəngilan, Qubadlı, Cəbrayıl və Arazqırağı ərazilər işğal olunduqdan sonra Zəngilan rayonunun Azərbaycanın digər əraziləri ilə əlaqəsi kəsildi", - deyə zərərçəkmiş vurğulayıb.
Zərərçəkmiş Sərxan Musayev Tərtərin Ermənistan ordusu tərəfindən 1991-ci ildən artilleriya atəşinə tutulduğunu söyləyərək deyib: "Nəticədə dinc sakinlər arasında ölənlər və yaralananlar oldu, evlərə ziyan dəydi".
Məhkəmədə ifadə verən zərərçəkmiş Mədəd Hümbətalıyev də Cəbrayılın işğalı zamanı zərər çəkdiyini deyib. O qeyd edib ki, rayona hücum müxtəlif tipli silahlar, o cümlədən ağır texnika ilə həyata keçirilib. Ermənistan Cəbrayılı o zaman işğal altında saxladığı Hadrutdan hədəf alıb. O diqqətə çatdırıb ki, bu gün məhkəmədə əyləşən 15 şəxs milliyyətcə erməni olduqları üçün deyil, Azərbaycan xalqına qarşı ən ağır cinayətlər törətdikləri üçün mühakimə olunur. Onlar Cəbrayılı işğal edərkən rayon sakinlərinə zülm veriblər. Ərazilərimizi işğal altında saxladıqları vaxt qəbiristanlıqlarımızı dağıdaraq cəsədləri məzardan çıxarıb və təhqir ediblər.
Zərərçəkən məhkəmədə ifadə verərkən Ermənistan silahlı qüvvələrinin rayonlarımızı işğal edən zaman lentə alınan video nümayiş olunub. Zərərçəkən kadrları göstərərək deyib ki, bura Qubadlı rayonunun ərazisidir. Ermənistan Ordusu Qubadlı işğal olunduqdan sonra həmin ərazidən Zəngilana hücum edib, onların kəndini yandırıb. Hərbçilər Dərzili kəndində qətlə yetirdikləri azərbaycanlıların meyitlərini yandırıblar.
Videokadrlarda Ermənistan ordusunun döyüşçüsü götürdükləri yüksəklikdən danışır. Bildirir ki, buradan da irəliləyib Zəngilana gedəcəklər. O, babalarının “vəsiyyətini” yerinə yetirdiklərini, məqsədlərinə çatdıqlarını deyir. Sonra isə daşnakların “Qalx daşnak Dro” mahnısını ifa edirlər.
Videoda üzərində "Daşnaksütyun” partiyası yazılmış bayraq nümayiş olunur. Zərərçəkən dövlət ittihamını müdafiə edən prokurorların sualına cavabında deyib ki, Ermənistan hərbçiləri azərbaycanlıların meyitlərinin üstünə benzin tökərək yandırıblar. O, ifadəsində söyləyib ki, Ermənistan ordusu 1993-cü il oktyabrın 25-i Dərzili kəndindən tanklarla Zəngilana hücuma keçib. Orada 7 polisimiz qəhrəmancasına şəhid olub. Tank mərmisinin onun yaxınlığına düşməsi nəticəsində ağır yaralanıb və on yeddi qəlpə yarası alıb. Zərərçəkən növbəti kadrların Qubadlının Zilanlı kəndində lentə alındığını deyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri kəndlərimizi, o cümlədən onun yaşadığı Məmmədbəylini də yandırıb. Qətlə yetirdikləri yeddi polisimizin nəşi indiyədək tapılmayıb. Onların ailələrinin gözü hələ də yoldadır.
Məhkəmədə ifadə verən İlyas Şəmilov da Ermənistanın Tərtəri atəşə tutması nəticəsində zərər çəkdiyini vurğulayıb. Bildirib ki, həmin vaxt Tərtər mütəmadi olaraq atəşə məruz qalıb.
Digər zərərçəkmiş Ənvər Qafarov isə Cəbrayılın işğalı zamanı zərər çəkdiyini deyib. Bildirib ki, Ermənistan ordusu Cəbrayıla hücum edəndə mülki vətəndaşları hədəf alıb. Əsasən də əkin-biçin vaxtı sakinlərə hücum edilib.
Zərərçəkən Aslan Şahbazov da Qubadlının işğalından danışaraq söyləyib ki, 1988-1989-cu illərdən rayon əhalisinə hücumlar edilib. Rayon müxtəlif tipli silahlarla atəşə tutulub. O, bu müharibə zamanı çoxsaylı qohumlarının şəhid olduğunu deyib.
Zərərçəkən Azad Musayev Zəngilanın, Azər Eminov isə Qubadlının işğalı zamanı zərər çəkdiklərini qeyd ediblər. Onlar ifadələrində diqqətə çatdırıblar ki, təqsirləndirilən şəxslər bütünlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət törədiblər.
Məhkəmədə ifadə verən Əlisəfa Quliyev də Zəngilanın işğalı zamanı zərər çəkdiyini deyərək bildirib ki, həmin vaxt erməni hərbçilər dinc sakinlərə zülm veriblər, insanları güllələyib, başlarını kəsiblər. Məqsəd əhalini məhv etmək olub.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verərkən, həmçinin təqsirləndirilən şəxslər tərəfindən onlara suallar ünvanlanıb.
Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.



























Xəbərin oxunma sayı : 964
Hadisə
Xəbərlər
-
Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib
-
Avropada qaz qiymətləri “uçdu“ - böyük bahalaşma başladı
-
“Çin hücum edəcək, hazırıq“ - Nazir tarixi açıqladı
-
Saleh Səmədov həbs edildi - Nədə ittiham olunur?
-
Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi - 2 il 6 ay
-
“Neftçi” 7 futbolçu ilə yollarını ayırdı - SİYAHI
-
36 dərəcə isti olacaq - Sabahın havası
-
Tokayevdən Əliyevə və Ərdoğana dəstək - Qazax lider BMT-də islahatlara çağırdı
-
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - Rəsmi açıqlama
-
Magistratura üzrə keçid balları artacaq? - DİM sədri açıqladı
-
Çaylarda suyun səviyyəsi artdı - Kürdə 23 sm, Arazda 37 sm
-
“Hesabınız dondurulub, müdaxilə var” - Aldanmayın!
-
Xərçəng təhsilinə əngəl olmadı - Sadiqdən yüksək nəticə
-
Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata...
-
Təzyiqi aşağı sala biləcək 7 ədviyyat və bitki - SİYAHI
-
Suriyadakı kürdlərin rəhbərindən iddia: Türkiyə ilə birbaşa təmaslarımız var
-
Bakıda böyük söküntü işləri başladı - Bu ərazilərdə evlər...
-
ABŞ tezliklə İranla razılaşma əldə edə bilər - Tramp
-
Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
İnstaqramda bu gün bunlar paylaşıldı - FOTOLAR
-
“Qarabağ” Çempionlar Liqasına bu mərhələdən başlayacaq - Rəsmi
-
Arayik etdiklərini belə dinlədi... - FOTOLAR
-
Bakıda tikinti şirkəti evlərə ziyan vurub - VİDEO/ŞİKAYƏT
-
“Tramp Ukraynada sülh yox, Nobel mükafatı istəyir” - Bolton
-
Araz Musayevin bıçaqlanmasına görə 5 nəfər saxlanılıb - Biri millinin baş məşqçisidir
-
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı - FOTO
-
Gəncəni bombalayan Ermənistan hərbçilərinin adları açıqlandı - MƏHKƏMƏ
-
Ağdərədə mülki şəxs minaya düşdü - Xəstəxanaya yerləşdirilib
-
Minifutbol-2025: Azərbaycan millisi finalda
-
Bakıda polis daha 3 narkokuryeri saxladı - VİDEO
-
Aktyor Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə
-
“Ülfət” bağlandı, sədr müavini kölgəsindəki oyunlar üzə çıxdı - AHİK-də nə baş verir?
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
“NEQSOL Holding” Ukraynanın ən böyük titan istehsalçısını aldı - Rəsmi razılıq
-
“I və IV qrupların imtahanı da eyni səviyyədə olacaq” - DİM sədri etirazlara cavab verdi
-
“TikTok”da qadınları şantaj edirdi - Polis saxladı
-
Nazirdən yeni təyinat - Generalın yerinə bu xanımı gətirdi
-
“Zeynəbin yaşaması üçün əlinizdən gələn köməyi əsirgəməyin!“ - Anasının MÜRACİƏTİ
-
“Çin ABŞ ilə qarşılıqlı rüsumların azaldılması haqqında sazişi tamamilə pozub“ - Tramp
-
Milli Məclisin növbədənkənar iclasının vaxtı bəlli oldu - 7 məsələ
-
Baş nazir iclas keçirdi, tapşırıqlar verdi - FOTOLAR
-
Ermənistanın “Smerç“ raketini atması nəticəsində yaralandım - Zərərçəkmiş şəxs
-
“Azərbaycan, Türkiyə və Pakistan strateji mövqelərindən və mövcud potensialdan..." - Adəm İsmayıl Bakuvi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank üç günlük məzənnəni açıqladı
-
Türkiyə Ukrayna üzrə sammitə hazırlaşır - qərar İstanbulda veriləcək
-
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq - Deputatlar “hə“ dedi
-
Əməliyyatdan sonra Səbirəni maşında evə aparıb - Ülviyyə İlyasovanın cinayət işində ŞOK FAKTLAR
-
“AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən qərar qəbul edilsin” - Deputat
-
İyunda bəzi yerlərdə havanın orta aylıq temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
-
Bu ərazidə torpağın sotu 700 minə çatır - Ekspert səbəbini AÇIQLADI
-
“Sadələşdirilmiş vergi limiti artırılmalıdır“ - İqtisadçı
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - FOTO
-
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
-
“Əhalinin artım tempində ciddi zəifləmə var“ - Əli Əhmədov
-
Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı - Mülki şəxs həbs olundu
-
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
-
Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü - Bu dəfə Lənkəranda
-
“Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb“ - Müdafiə Nazirliyi
-
Xətai rayonunda daha bir özbaşınalıq - Sahibkarla razılaşma olmadan obyekti sökülüb - FOTO/VİDEO
-
“Payonix“ ardıcıl ikinci ildir zərərdə: Aktivlər azalır, strukturda risk artır
-
Ceyhun Bayramov ABŞ nümayəndə heyətini qəbul etdi - Fotolar
-
Dövlət sərhədini pozanlar boğulmaq üzrəykən xilas olundular - FOTO
-
Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır - FOTO
-
Eltisini mətbəxdə əməliyyat etdi, ölümünə səbəb oldu - Hökm oxundu
-
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - FOTOLAR
-
Ərinin narkotik sifarişini icra edən “Ana” həbs olundu - FOTO
-
“Ayrılmaq istədiyim üçün sevgilim anamı vurdu” - Səmra
-
“Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” - ŞİKAYƏT
-
Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
-
Bakıda əməkhaqqı nə qədər artıb? - 5,9%, yoxsa 9,7%...
-
Qətl törədib ölkəni tərk etmək istədi - Saxlanıldı
-
“WhatsApp“da yenilk: Fasilə funksiyası gəlir
-
Məktəb direktorunun oğlu niyə həbs edilib? - TƏFƏRRÜAT
-
Deputatlar növbədənkənar toplaşacaq - SƏBƏB
-
Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb - Ağ Ev
-
Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər?
-
“Sülhə Putin getdikdən sonra nail olacağıq” - Zelenski
-
1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? - YENİ FAKTLAR
-
Paytaxtın bəzi küçələrində söküntü işləri başladı - Ünvanlar
-
Günel Zeynalova gecə yarısı bulvarda mahnı oxudu - VİDEO
-
Ronaldu ilə danışıqları davam etdiririk - “Əl-Nəsr“in idman direktoru
-
Azərbaycan peykinin xidmətlərindən hansı ölkələr istifadə edir? - Siyahı
-
Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
-
“MilliÖn“ və “E-Manat“dan 98 minə yaxın pul oğurladı - Məhkəmə qərarı
-
İsrail və HAMAS arasında razılaşma - 60 günlük atəşkəs
-
Nazirlik “Admedia.az”dan 52 çadır, 30 biotualet icarəyə götürəcək - 191 min ayrıldı
-
Ticarət mərkəzinin müdiri olmaq istədi: Qızı evindən oldu
-
“Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”
-
Minifutbol-2025: Azərbaycan millisi yarımfinalda
-
“AzToyuq“da vergi yoxlaması: Pozuntular aşkarlandı
-
“Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə...“ - Hakan Fidan
-
“Eşitdiyimə görə, Polad Həşimov yaxşı insan olub” - Manukyan məhkəmədə
-
Kamaləddin Heydərovdan əmr:General vəzifəsindən azad edildi
-
Bakı təhsilinin 30 illik toxunulmazı: 149 saylı məktəbin direktorunu kim və necə qoruyur?
-
Füzulidə yeni “Nar” mağazası fəaliyyətə başladı - Fotolar
-
İtinə zəncir almaq üçün göz muncuğu oğurladı - Həbs edildi
-
TƏBİB-in əmrilə diş texniki həkim oldu - FOTOFAKT
-
“Gördülər alınmır, killer göndərib məni vurdular” - Araz Musayev danışdı
-
İşləməsələr də altı ay maaş alacaqlar - Qanunda mühüm dəyişiklik edilib
-
Şoyqudan Almaniyaya sərt xəbərdarlıq: “Bizim də çıxaracaq çox şeyimiz var”
-
Ev sahibi gecə klubuna getdi - Xadimə 10 min dollardan çox pul oğurladı
-
Zeynəb Xanlarovanın adından dələduzluq - Bu elanlara inanmayın!
-
Polis 4.5 ton narkotik vasitəni məhv etdi - FOTOLAR
-
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
-
9 yaşlı Aytənin köməyə ehtiyacı var - FOTOLAR
-
İyunun 3-nə kimi qar uçqunu gözlənilir - Xəbərdarlıq
-
Bu rayonlarda ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlandı - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar”ın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı - FOTOLAR
-
“Ukrayna Rusiyanın görüş təklifinə cavab verməyib“ - Peskov
-
ƏDV ilə bağlı xəbərdarlıq - “Tamamilə qanunsuzdur“
-
Azərbaycanda kartof “böhranı” - Səbəb nədir?
-
Uşaqlar arasında kütləvi virus yayılıb - SİMPTOMLAR
-
Ərdoğan Zəngəzur dəhlizindən danışdı - İrandan gözləntilərini açıqladı
-
Novruz bayramını qaynatasıgildə keçirmək istəmədi deyə döyüldü - MƏHKƏMƏ
-
Sumqayıt 17 saylı bağça müdiri obyektləri necə tikdirib? - FOTOFAKT
-
Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - FOTOLAR
-
Ali Məhkəmə “TikTok“da yayılan xəbərlə bağlı vahid qərar verdi - DETALLAR
-
Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək? - Açıqlama
-
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
TOP 10
ARXİV