|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
AzTV sədrinin məhkəmə işində DƏHŞƏT: “Şəkillər çəkib, müəllimi şantaj edirdi” (FOTOLAR)
Tarix 14.03.18, 4:47 |
|
“Bədənim titrədi. Hacı məni uzaqlaşdırmaqdan ötrü zərblə itələdi, yerə yıxıldım…”
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə gedir.
Məhkəmənin gedişində Arif Alışanov haqda səsləndirilən məlumatlar, ittihamlar cəmiyyətdə sözün əsl mənasında şok effekti yaradıb. Səhmləri 100 faiz dövlətə məxsus təşkilatın sədri istintaqa ifadəsində 6,2 milyon dəyərində torpaq aldığını rəsmən etiraf edib. Amma məhkəmədə üzə çıxan sonrakı məlumat və ittihamların fonunda, bu etiraf, necə deyərlər toya getməli oldu. Nədən ki, sonrakı məlumatlar dəhşət filmlərinin ssenarisini xatırladır. Məsələn, A.Alışanova qarşı sui-qəsddə təqsirləndirilən Şücayət Əkbərov məhkəmədə AzTV sədrini qətldə – sevgilisini öldürməkdə suçlayıb!
“AzPolitika.info”ya daxil olan məlumata görə, Ş.Əkbərov bu məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova və işi aparan müstəntiq Kamal Talıbova yazılı müraciət və izahatlarında ətraflı yazıb və həbsinin də əsl motivini həmin cinayətdən xəbərdar olması ilə əlaqələndirib. Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva atasının ərizələrinin fotosurətlərini də “AzPolitika”ya təqdim edib. Təqsirləndirilən şəxs olanları belə nəql edib: “Arif Alışanov 2007-ci ildən başlayaraq Şamaxıda 120 hektar torpaq alıb. Həmin torpaqları mən tapırdım, Arif müəllim özü gəlib baxır, kürəkəni Fəridin adına rəsmiləşdirirdilər. Alışanov istəmirdi ki, çoxsaylı daşınmaz əmlakları onun aldığı bilinsin. Mən “makler” kimi bu işdən pul qazanırdım.
2011-ci ildə Fərid polisin nəzarəti altında gətirildi, onunla alqı-satqı edib, adına olan torpaqları Arifin həyat yoldaşı Mehriban xanımın adına keçirtdilər. Kürəkənlə qızları boşandığı üçün əmlakları onun əlindən aldılar. Bundan sonra Arif müəllimin “səlahiyyətli nümayəndəsi” sürücüsü Hacı Babayev oldu.
Sevgilisini “həkim”i kimi tanıdıb!
Bir müddət sonra Hacı zəng elədi ki, “müəllimlə gəlirik, qonağı var, sakit bir məkanda yer düzəlt”. Əvvəllər bir neçə nəfərlə gəlmişdi. Bu dəfə qara saçlı bir qızla idi. Mədrəsə kəndindəki evdə onlara süfrə açdırdım. Qızı tanıdım, daha öncə Fəridlə gəlmişdi. Hacı məni yayındırmaq üçün qızın AzTV-də Arifin həkimi olduğunu söylədi. Amma televiziyanın tibb məntqəsində olduğum zaman həmin qadını görməmişəm. Sonralar Arif müəllim o qızla gəlməyə başladı. Adını söyləmirdilər. Arada sarışın bir qızla da olurdu. Artıq ara açılmışdı, gələndə zəng edib “qız da olacaq”, deyirdi”.
Əkbərov izahatına sonra belə davam edib: “2016-cı ilin payızında Alışanov yenə üç-dörd nəfərlə gəlmişdi. Qayıdanbaş Xızıya kəsmə yolla maraqlandı. Bələdçilik üçün Qızmeydan kəndində baytar işləyən Qoçəlini götürdüm. Arif müəllim yanındakı iki nəfəri mənim “Niva”mla yolladı ki, “əvvəl yolu sən tanı, sonra birlikdə gedərik”. Biri polis rəisinin müavini idi – Arif bu qohumunun adını mənə Seyid demişdi, sonradan bildim ki, Canpoladdır. Onları Xızıda endirib geri qayıtdıq. Ertəsi gün Arif müəllim zəng edib yolu öyrənib-öyrənmədiyimlə maraqlandı, öyrəndiyimi söylədim. Aradan 15-20 gün keçmişdi, Alışanov həmin kəsə yolla onu qarşılamağımı və tək gəlməyimi bərk-bərk tapşırdı. Şamaxıda qalmayacaqdı, oradan Qəbələyə keçəcəkdilər. Xızıdan çox aralanmamışdılar, mən onlara çatdım. Arif həmişəki kimi yanımda əyləşdi, Hacı da arxadan gəlirdi.
Çayın ortasında “ətləri” boşaltdılar…
Çaya çatanda maşını saxlatdırıb “Hacıya yolu başa salmaq” adı ilə endi, israrla məni düşməyə qoymadı. 10-15 dəqiqə söhbətdən sonra maşına qayıtdı. Maşından çəkici- trosu götürüb Hacıya apardım ki, çaya batmasın. Baqaj açıq idi. Maşının qapısını açanda Hacı diksinib “nə edirsən”, deyə qışqırdı. İçəridə qan izləri vardı… (Bu yerdə Ş.Əkbərov dəhşət filmlərini xatırladan səhnəni təsvir edir-red.) Bədənim titrədi. Hacı məni uzaqlaşdırmaqdan ötrü zərblə itələdi, yerə yıxıldım. Danladı ki, “basin xarabdı, özbaşına maşına girirsən?”
Şok vəziyyətdə maşına qayıtdım. Arif müəllim nə baş verdiyi ilə maraqlandı, “trosu qoşmağı Hacıya başa saldım”, dedim. O biri üzə keçdim. “Maşını suda saxlama” deməmə rəğmən, Hacı bir müddət çayın ortasında qaldı, sonra o da gəlib bizə çatdı. Qızmeydan kəndində Hacı maşının içindəki qanı təmizlədi. “Şirvansaray” restoranında yeməkdən sonra getdilər. Bir gün sonra gecə saat 2-də Hacı zəng elədi ki, “Mədrəsədə yüngül hazırlıq gör, gəlirik”. Gələndə söhbəti Hacı özü açdı, dedi “axırıncı dəfə olsun maşını özbaşına açmaq, Arif müəllimin belə şeylərdən xoşu gəlmir… (Burda da zəruri redaktəyə ehtiyac var-red.)”
Sərxoş sürücü “şantajçı qız”ı öldürdüklərini boynuna alıb!
Şücayət Əkbərov
Ş.Əkbərovun müraciətindən: “Bir dəfə də Hacı tək gəlmişdi, yeyib-içdik, ikimiz də sərxoş idik. Soruşdum: “Hacı, o, öldürdüyünüz kim idi?” Boynuna aldı, dedi: “Bura gələn qızdı, müəllimi şantaj edirdi, şəkillər çəkib”. Həmin gün mən də onunla Bakıya getdim, Mərəzədə (Qobustan-red.) qəza törətdik. Ertəsi gün Hacı məni AzTV-yə çağırıb maşını düzəltdirmək üçün pul istədi, “müəllim bilməsin”, dedi. Həm də hədələdi ki, “o söhbəti ağzından çıxartsan, özünü ölmüş bil. Sən müəllimi tanımırsan”. Dedim “sən sərxoş olub başqa yerdə danışma, mən sarıdan qorxu yoxdur”. Amma hiss edirdim ki, Arif mənim bu işi bildiyimi anlayıb”.
“Divin canı şüşədə olduğu kimi, onun da canı mənim əlimdədir”
Əkbərov daha sonra qızın Alışanovu gerçəkdən şantaj etdiyini yazıb: “Bir dəfə Mədrəsədə o qız Ariflə dincələndən sonra həyətə düşdü. Məndən digər sarı qıza Arifin Pirquluda ev alıb-almadığını soruşdu. Bilmədiyimi söylədim. AzTV-yə onu Fərid gətiribmiş. Deyirdi, Fərid onun üçün çox şey edib, Arif isə xəsisdir. Söylədi ki, “amma artıq nə deyirəm, onu edir, çünki buna məcburdur, divin canı şüşədə olduğu kimi, onun da canı mənim əlimdədir”. İddia edirdi ki, onunla normal kişi-qadın münasibətləri yoxdur… Arif oyanandan sonra mənim qız ilə nə danışdığımla maraqlandı”.
Əkbərov yazıb ki, o hadisədən sonra Alışanovla münasibətləri gərginləşib. Hətta “sirri”ni ona söylədiyi təqdirdə qızı öldürməklə hədələyib. Ş.Əkbərov bu olanlara dair indiyə qədər susmasının səbəbini onunla izah edib ki, Alışanov ona ağzını açmaması şərtilə həbsdən qurtaracağı barədə xəbər göndərib. Əks təqdirdə nəvələrini, qızlarını öldürəcəkləri ilə hədələyiblər.
Ş.Əkbərov: “Amma aldığım məlumata görə, Dəyanət (AzTV sədrinin bacısı oğlu Dəyanət Cəfərov-red.) təcridxanada işləyən tanışlarından xahiş edib ki, “Şücayətə orada işgəncə verin, müalicə üçün xəstəxanaya buraxmayın”. Onda anladım ki, Arif mənim buradan salamat çıxmağıma imkan verməyəcək.
“Azadlığım qətlin sübut olunmasına bağlıdır”
Hazırda Arif keçmiş arvadım, uşaqlarım, qohumlarımın əmlaklarını əllərindən alıb, qızımın arxasınca adam salıb, ona hədə-qorxu gəlirlər. Artıq sussam da, danışsam da hamımıza zərər verəcəklər. O qadının öldürülməsi istintaqla sübut olunsa, mənə qarşı saxta ittihamların Arif tərəfindən təşkil edildiyi ortaya çıxacaq…
Sonralar Hacı Arifin məndə olan 300 min manatını “Dostluq” restoranına gətirməyimi tələb etdi. Pulu Hacıya qaytardım ki, sahibinə çatdırsın. Amma o, pulu sayıb geri verdi, əmanətin yerində olub-olmadığını yoxladığını dedi. Qayıdanda üç nəfər zorla maşınıma oturub silah gücünə pulları aldılar. Anladım ki, onlar Arifin “adamları” olublar, pulları əlimdən almaq üçün də məni qəsdən çağırıblar. Bəlli ki, Arif pulu qaytara bilməyəcəyimi düşünüb, məni ona aid vəsaiti mənimsəməkdə suçlayaraq həbsə atdırmaq istəyirdi”.
“Kuryoz”: silah alverçisindən silah “çıxdı”
Əkbərovun nəql etdiyinə görə, bu hadisədən sonra 2017-ci il yanvarın 14-də polis əməkdaşları Müsabi Namazov və təsərrüfatında baytar işləyən Qoçəli Cəbiyevlə onu saxlayıb, Şamaxı rayon Polis İdarəsinə gətiriblər. Axtarış zamanı maşının arxa hissəsində M.Namazova məxsus avomat və pistolet, dostu Ələkbərə aid ov tüfəngi aşkar edilib. Onları DİN BMCMİ-nə gətiriblər. Ş.Əkbərov: “Müstəntiq Ramil və Dəyanət məni ailəmlə şantaj edərək yazdıqlarını zorla imzalatdılar. Avtomobili Müsabi idarə etdiyi halda (bunu az qala bütün Şamaxı görüb və telefona da çəkilib-Ş.Ə.), izahatda sükan arxasında guya mənim olduğum kimi rəsmiləşdirdilər.Onlarla əlbir olan Müsabini səhəri gün buraxdılar. Özünü “makler” kimi qələmə verdiyinə baxmayaraq, Müsabini hamı silah alverçisi olaraq tanıyır, o, cəbhə bölgəsindən çoxlu silah gətirib (ittihamda silahları almağı Əkbərovun sifariş verdiyi iddia edilir-red.).
Vəkilim Rəfail Məsimovu da ələ almışdılar, o, mənə hüquqlarımı izah etmədi, ailəmi aldatdı, irəli sürülən bütün ittihamları özü imzalayıb, latın qrafikası ilə oxuyub-yaza bilmədiyimdən istifadə edərək mənə də qol çəkdirib. İttiham aktında haqqımda iftiralar yazılmışdı. Vəkildən imtina edib, bu barədə Baş Prokurorluğa yazılı məlumat verdim.
Mən cinayət törətməmişəm və əvvəllər verdiyim ifadələr öz sözlərimlə yazılmayıb. Videogörüntülər də mənə və digər təqsirləndirilənlərə qarşı zorakılıq, işgəncə ilə çəkilib, həqiqəti əks etdirmir”.
Alışanovun vəkili Zaur Abbasov müvəkkili barədə məhkəmədə səsləndirilən ittihamları əsassız adlandırıb, deyib ki, Əkbərovun ifadəsini istintaqı aparan müstəntiq araşdırıb və heç bir nəticə ortaya çıxmayıb. Amma bu haqda ittiham aktında yazılmaması və məhkəməyə təqdim edilməməsi belə bir araşdırmanın aparıldığını şübhə altına alır. Ya da bəlkə araşdırma olub, lakin nəticə Əkbərovun söylədiklərini inkar etmədiyindən, ört-basdır olunub…
Ş.Əkbərov deyib ki, vəkilin söylədikləri həqiqəti əks etdirmir. Çünki o, istintaqın sonuna yaxın özünə qarşı təzyiqlərin artdığını gördüyü üçün qətl barədə danışıb, hətta yazılı bildirib, amma istintaqı aparan müstəntiq buna laqeyd yanaşıb, reaksiya verməyib. Məhkəmənin ədalətinə güvənən Əkbərov isə qətl məsələsini yenidən ona görə dilə gətirib ki, heç olmasa məhkəmə araşdırmasında bunun üstü açılsın və məhz cinayəti bildiyi üçün AzTV sədrinin onu həbs etdirdiyi ortaya çıxsın.
A.Alışanov məhkəmə prosesi və bu ittihamlar barədə danışmır. Onun vəkili Zaur Abbasov isə, yuxarıda da qeyd etdiyimiz kimi, təqsirləndirilən şəxsin qətl ittihamlarını rədd edib.
Xəbərin oxunma sayı : 2116
Gündəm
Xəbərlər
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
TOP 10
ARXİV