Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda siqaretin qiyməti “dodaq yandırır”- mafiyanın əməli, yoxsa..?

Tarix 06.07.22, 8:54

Font ölçüsü : - / +
bitmap-img6


Hökumətin şirkətlərə güzəşti fayda vermədi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2021-ci ildə dünyada 1,3 milyard insan tütün istifadəçisi olub. Onların 80 faizi aşağı və orta gəlirli ölkələrin sakinləridir. Hər il dünyada 6,5 trilyon ədəd siqaret istehlak olunur ki, bu da gündə 18 milyard siqaret deməkdir. Dünyada hər il 8 milyondan çox insan tütün istifadəsinin yaratdığı problemlər üzündən həyatını itirir. Tütün və tütün məhsullarının insan orqanizminə vurduğu zərəri nəzərə almaqla son on illikdə bir çox ölkələr əhalinin bu zərərli vərdişdən əl çəkməsi üçün həm qadağanedici, həm də stimullaşdırıcı tədbirlərə əl atırlar. Məsələn, Böyük Britaniya səhiyyə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2009-cu ildə əhalinin 21 faizini təşkil edən tütün istifadəçiləri 2019-cu ildə 14,1 faizə qədər azalıb. Ölkə 2025-ci ilədək bu göstəricini 3 faizdən aşağı salmaq niyyətindədir.

Azərbaycanda da siqaretdən istifadə edənlərin sayı az deyil. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.6 faizi, yəni təxminən hər üç kişidən biri siqaret çəkir. Ən yüksək göstərici 45-64 yaş arası kişilərdədir. Bu yaş qrupundakı kişilərin tən yarısı siqaret istifadəçisidir. 20-44 yaş arasındakı kişilərin 26 faizi, 65 yaşdan yuxarı kişilərinsə 33 faizi siqaret çəkir. Ölkədə hər il 11 milyard ədədə yaxın siqaret çəkilir. Bu həcmin böyük hissəsi yerli müəssisələr tərəfindən istehsal olunur.  Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 14 milyard 351 milyon ədəd siqaret istehsal edilib. Bu siqaretlərin 316 milyon ədədi ixrac edilib.

Azərbaycanda siqaretlərin qiyməti növbəti dəfə qalxdı - 05.09.2016, Sputnik  Azərbaycan


Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il boyunca ölkəyə 91 milyon dollar dəyərində tütün və tütün məhsulları gətirilib. Bunun ölkənin ümumi idxalında payı 0.78 faiz olub. Bu idxalın böyük hissəsi siqaret istehsalı üçün zəruri olan xammaldan ibarətdir. Lakin ölkəyə hazır tütün məhsulları da gətirilir. Bu məhsulların böyük hissəsi Ukraynadan idxal olunub. Belə ki, Azərbaycana 2021-ci ildə hazır tütün məhsullarının 70 faizi bu ölkədən gətirilib. Ötən il Azərbaycan Ukraynadan 12.1 milyon dollar dəyərində 483 milyon ədəd siqaret idxal edib. 2022-ci ilin beş ayında ölkədə tütün məhsulları istehsalının həcmi 245,2 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalma deməkdir.

ÜST-in bütün dünyada başlatdığı antitütün siyasəti çərçivəsində Azərbaycanda da əhalini bu zərərli məhsuldan çəkindirmək üçün bir sıra addımlar atılıb: siqaret və digər tütün məmulatlarının reklamı qadağan edilib, 18 yaşdan aşağı uşaqlara bu məhsulların satışı da həmçinin. Hökumətin açıqlamalarından aydın olur ki, tütünə qarşı mübarizənin bir yolu da ondan istehsal olunan məhsullara tətbiq edilən aksiz vergisinin sürətlə artırılmasıdır. Son 4-5 ildə aksizlər arasında ən böyük artım məhz tütün məmulatlarına münasibətdə qeydə alınıb. Sonuncu dəfə 2022-ci ilin 14 aprelindən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 43,0 manatdan 46,5 manata qaldırılıb. Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən baş verib. Belə ki, qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də qüvvəyə minməli idi. Qərarla həmçinin aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olub. Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.

Azərbaycanda siqaretlərin qiyməti qalxıb - Bu gündən


Nazirlər Kabineti ölkə əhalisinin mühüm hissəsinin istifadə etdiyi tütün məhsullarının aksiz vergisini artırmaqla yanaşı, idxal edilən qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə gömrük rüsumları da müəyyənləşdirib. Qurumun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklə 2024-cü il 31 dekabr tarixinədək idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə 15 faiz gömrük rüsumu tətbiq edilib.

Nə qədər paradoksal olsa da, bu il mart ayının 28-də Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərara əsasən, istehsal məqsədli çəkməli tütün gələn ilin sonuna qədər spesifik idxal rüsumlarının tətbiqindən azad edilib. Hökumət qərarın daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə qəbul edildiyini bəyan edib. Amma bu zaman ortaya sual çıxır ki, əgər bahalaşmanın qarşısını almaq lazımdırsa, o zaman aksizlərin artırılması hansı məntiqlə izah olunur? Sualın cavabı isə hamıya aydındır. Belə ki, Azərbaycan hökuməti martın 14-də aksizləri artırmaqla milyonlarla insanın xərclərini artırır, üstündən 14 gün keçəndən sonra yerli siqaret istehsalçılarının maraqlarına cavab verən addım ataraq, onların xammalını rüsumlardan azad edir. Özü də bu addım Ukraynada başlayan müharibənin logistika və çatdırılma zəncirinə mənfi təsirləri nəticəsində tütün xammalının bahalaşmaması məqsədi ilə əsaslandırılır. Yəni birbaşa əhaliyə satılan son məhsul bahalaşdırılır - əhalinin xərci artırılır, onların istehsalçılarının xərcləri isə azaldılır.

Lakin hökumətin tütün istehsalçılarına etdiyi güzəştə baxmayaraq, artıq may ayından etibarən Azərbaycanda bəzi siqaret markalarının çatışmazlığı yaranıb. Azərbaycanda iri siqaret istehsalçılarından “Tabaterra” QSC mediaya açıqlamasında bildirib ki, lisenziya əsasında buraxılan beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin martınadək həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz edilirdi. Ukraynadakı müharibə nəticəsində bu ölkədən ixrac mümkün olmadığına görə həmin xammalların regionda yerləşən digər ölkələrdən, əsasən, Türkiyədən alınmasına başlanıb: “Bildirmək istərdik ki, (mağazalarda tapılmayan markalar) ”Sobranie" və “Winston” ticarət markaları “Japan Tobacco International” şirkətinə məxsusdur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir".

Şirkət həmçinin bildirib ki, artıq Ukraynadakı təchizatçı şirkətlərə Türkiyədə alternativ tapılıb və yaxın vaxtlarda yeni təchizatçı şirkətlərdən xammal gətiriləcək. Lakin belə görünür ki, bu proses vaxtında, yaxud əvvəlki dəyərlə reallaşmayıb. Belə ki, artıq iyul ayıdır və ölkədə siqaret çatışmazlığı davam edir. Üstəlik, qiymətlərdə də artım var. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-may aylarında tütün məmulatları ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz bahalaşıb. Alıcılar hesab edir ki, bu, siqaretin yaxın günlərdə bahalaşacağından xəbər verir. Onların fikrincə, ölkədə tütün məmulatlarının qıtlığı yoxdur, sadəcə, mağazalar malları qiymətlər artandan sonra satmaq istəyirlər. Bununla belə, siqaret satışını həyata keçirən mağazalar da var və onlarda qiymətlərin əvvəlki günlərlə müqayisədə təxminən 10 qəpik artdığı hiss olunur.

“Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Rövşən Şərifov “Report”a qiymətlərin az da olsa artdığını etiraf edib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi logistikada problemlər yaradıb və tütün ticarətinə mənfi təsirini göstərib. Bundan başqa, sədr hesab edir ki, siqaret həm də bəzi işbazların fəaliyyəti nəticəsində bahalaşıb: “Onlar hiss edirlər ki, bazarda hansı siqaret daha çox satılır, buna görə də kütləvi şəkildə həmin məhsulu alıb bazarda qıtlaşdırırlar, daha sonra növbəti partiyada yüksək qiymətlə satışa çıxarırlar”.

“European Tabacco Baku” şirkətinin vaxtilə sahibi olmuş deputat Rüfət Quliyev deyib ki,  siqaretin istehsalı üçün 27 komponent lazımdır. Bunların bir çoxu Ukraynadan, bir qismi isə Rusiyadan gətirilir. Hazırda oradakı zavod və fabriklər normal işləyə bilmirlər.

“Japan Tobacco International” şirkətinin Azərbaycan nümayəndəliyində də  qiymət artımı ehtimalını logistika sahəsində çətinliklərlə  izah edilib.

Rəsmi məlumata görə, ötən ilin 5 ayında Azərbaycan 2 milyon 773.68 min dollarlıq tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu məhsulun idxalının həcmi isə 41 milyon 330.26 min dollar təşkil edib. Cari ilin eyni dövründə bu məhsulun ixracı 9 milyon 188.96 min dollar, idxalı isə kəskin azalmaqla 29 milyon 846.37 min dollara bərabər olub. Xammal idxalındakı problemlərə baxmayaraq, ölkədən siqaret ixracı davam edib. Belə ki, 4 ayda 1 milyon 11,88 min dollar dəyərində 55,75 milyon ədəd tərkibində tütün olan siqaretlər idxal olunduğu halda ixrac 60,83 milyon ədəd (454,89 min dollar dəyərlə) təşkil edib. Bu dövrdə həmçinin xaricə 1 milyon 57,18 min dollar dəyərində 470,14 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün, 5 milyon 393,12 min dollar dəyərində 1425 ton orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün ixrac edilib.

Siqaret istehsalının xammalla yerli istehsal hesabına təmini isə hələ də mümkün olmayıb. Yerli tütün istehsalı 6-7 min tondan yuxarı çıxmır. Rəsmi məlumata əsasən ötən il Azərbaycanda tütün istehsalı azalıb. Belə ki, bu məhsulun istehsalı cəmi 6,4 min ton təşkil etməklə 2020-ci ildəkindən 7,7 faiz az olub. Halbuki 2020-ci ildə tütün istehsalı 15,1 faiz artmaqla 6,9 min ton təşkil etmişdi.

Dünya SAKİT,
“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap