Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda süni bahalıq yaradan əsas amillər: Baş rolda Gömrük Komitəsi... (ŞƏRH)

Tarix 18.05.21, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


"Bizdə inflyasiyanı yaradan amil idxaldır. Çünki daxil olan məhsulların, gündəlik istehsal olunan malların əksəriyyəti idxal məhsullarıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Azərbaycanda günü-gündən artan qiymət artımını yaradan səbəblərdən danışarkən deyib. Ekspert hesab edir ki, süni qiymət artımını yaradan əsas səbəblər Gömrük Komitəsinin apardığı bəyannamə-qiymət siyasətidir:

"Bəzi ekspertlərin qiymətləndirmələrinə görə, bu, 70-80%, bəzilərinə görə isə 60% dəyərindədir. Hər halda həm qida, həm digər istehlak mallarının üçdə ikisi xarici ölkələrdə istehsal olunan məhsullardır. Gömrük statistikası da göstərir ki, keçən ilin müvafiq dövrünə nisbətən ortalama qiymət artmı 27-30% olub. Həm də Azərbaycanda süni qiymət artmı anlayışı var. Süni qiymət artımını yaradan Gömrük Komitəsinin apardığı bəyannamə-qiymət siyasətidir. Proqnoz gösəricilərini yüksək göstərmək naminə bəyannamə qiymətini şişirdirlər. Nəticə etibarı ilə artan qiymət artımıı süni qiymət artımıdır və obyektiv səbəblərdən deyil. Bu, Gömrük Komitəsinin guya öz işinin yaxşı göstərmək naminə atdığı addımdır. Nəticədə biz vətəndaşlar daha çox qiymət artımından əziyyət çəkirik. Digər tərəfdən də guya büdcə gəlirləri artır. Bu, yalnış siyasətdir. Hesab edirəm ki, hökumət buna bir əncam çəkməlidir. Belə bir siyasət ləvg olunmalıdır. Ləvg olunma dedikdə onu nəzərdə tuturam ki, süni qiymət artımını yaradan gömrük sistemi indiki durumda effektiv sayıla bilməz”.
 

Nazim Bəydəmirli bildirib ki, bu qurum ləvg olunmalı və digər analoji fiskal siyasəti aparan qurumla - vergilər xidməti ilə birləşdirilməlidir:

"Ölkədə daxili siyasət stimullaşdırılmalıdır ki, harmonik olsun. Daha çox iqtisadi siyasət bir mərkəzdən idarə edilsin”.



Xəbərin oxunma sayı : 385




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap