Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda 500-ə yaxın şirkət fəaliyyətini dayandırıb

Tarix 17.10.17, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


2017-ci il oktyabrın 1-nə Azərbaycanda 115 min 651 hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,7% çoxdur

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Xəbərə görə, 9 ay ərzində 8782 hüquqi şəxs qeydiyyatdan keçib, 489 hüquqi şəxs (əsasən şirkətlər) fəaliyyətini dayandırıb.
 
2017-ci il oktyabrın 1-nə respublikada 10398 kənd təsərrüfatı (artım 4,2%), 6369  emal (artım 4%), 11705 tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.
 
Bundan başqa, sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 30445 (artım 9,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1612 (artım 2,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1475 (artım 13,1%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4595 (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 288 min (artım 7,3%), istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1783 (artım 7,1%) hüquqi şəxs qeydiyyata alınıb.
 
2017-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 103421 hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,4%-i) özəl müəssisələrin, 6781 hüquqi şəxs xarici, 2106 hüquqi şəxs birgə müəssisələrin, 10527 hüquqi şəxs (9,1%) dövlət müəssisələrinin, 1703hüquqi şəxs (1,5%) bələdiyyələrin payına düşür.
 
Oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 785 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 12,7% artıb.
 
Kənd təsərrüfatı sahəsində 227141, emal sənayesi sahəsində 16,974, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 200092 fiziki şəxs fəaliyyət göstərir.
 
Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1685, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12005, inzibati və yardımçı xidmətlər sahəsində 2801, tikinti fəaliyyəti ilə 5867, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 37088, nəqliyyat və anbar təsərrüfatı ilə 82443, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10648, digər xidmətlərlə 140263 fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
 
Statistik məlumatlara görə, Bakıda 53748 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 229594fiziki şəxs var. (marja)



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap