Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidenti Kuba və Sudan liderlərini təbrik etdi

Tarix 01.01.23, 13:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

AzFakt.com xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2023-cü il münasibətilə də Sizi ürəkdən təbrik edir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***
Ətraflı

Azərbaycan Prezidenti Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sudan münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".



Xəbərin oxunma sayı : 403




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap