![]() |
|














Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar Həşimzadə
Tarix 16.04.25, 12:52 |
|

Bu gün Türk Dünyasının tanınmış alimi, ictimai siyasi xadimi professor Aygün Attar Həşimzadənin anadan olduğu gündür.
Azərbaycan cəmiyyətində çox sevilən və özü haqqında danışmağı xoşlamayan Aygün xanımı daha ətraflı tanıtmaq üçün onun doğum gününü fürsət bildik.
Ailəsinin bir tərəfi Zəngəzur, bir tərəfi isə Qarabağdan, Şuşadandır. Zadəgan Ağamirovların nəslindən olan Aygün xanım Birinci Qarabağ müharibəsinin cəsur komandirlərindən biri rəhmətlik Adil bəyin və döyüşçü Aqil bəyin bacısıdır.
Aygün xanımın böyük bacısı Sona xanım Həşimova 20 Yanvar faciəsindən sonra Moskvada Qorbaçovun uzatdığı əli "bu əldə millətimin qanı var" deyərək tutmaqtan imtina etmişdi.
Qubadlı rayon partiya komitəsinin katibi Sona xanımın bu cəsarətli davranışı Azərbaycanda böyük rəğbət doğurmuş, xəbər olmuşdu.
Otuz beş ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərən professorun həyat yoldaşı Sadık Attar Azərbaycanın Güneyindəndir. Təbrizin məşhur Qapalı Çarşısındakı iki yüz illik keçmişə sahib adlı-sanlı ədviyyat tacirlərindən olan Hacı Settar Attaran Ağanın oğludur.
Xoşbəxt və nümunəvi ailə həyatı olan Attar ailəsinin iki qızı, bir oğlu və bir də nəvələri var.
Böyük qızları həkim, kiçik qızları hüquqşünasdır, sonbeşik olan oğlulları isə tələbədir.
Aygün xanım ailə həyatı ilə elmi fəaliyyətini birlikdə davam etdirən fədəkar xanımlarımızdandır. Azərbaycanlıların Türkiyədəki güman yeri, ümid qapısıdır.
Vaxtilə bizim jurnalistlərdən biri onun üçün "Türkiyədəki Azərbaycan" ifadəsini işlətmişdi.

Türkiyə Vəkillər Kollegiyasına uzun illər rəhbərlik edən, Türkiyənin Çexiyadakı hazırkı səfiri, hüquq professoru Mətin Feyzioğlunun deyimi ilə "Əhməd Ağaoğlunun qaldırdığı bayrağı hazırda əlində qürur və cəsarətlə daşıyan, yerə düşürməyən Türk Dünyasının büyük alimi və örnək hocasıdır Aygün Attar".
Çox sayda elmi əsəri, ondan çox kitab və yüzlərlə məqalələri var.
Amerikanın "Newsweek" jurnalı 2009-cu ildə Aygün Attarın yazdığı "İranın Etnik Yapısı” adlı əsərini Yaxın Şərqdə olanları anlamaq üçün oxunması tövsiyə edilən yüz əhəmiyyətli əsər siyahısına salıb.
Türkiyənin ən tanınmış jurnalistlərindən olan məşhur siyasi şərhçi Taha Akyol Aygün xanımın yazdığı "Diyarbəkirin Türk Tarixindəki Yeri” əsərini oxuduqdan sonra "Milliyət" qəzetindəki köşəsində professor Aygün Attarın rəhbərliyi altında təcili olaraq bir elmi heyət formalaşdırılması üçün dövlət rəhbərliyinə çağrış edərək "Aygün hocanın elmi əsaslarla ortaya qoyduğu Türkiyənin çoxluq içində birgə yaşam strategiyasına” ölkənin çox ehtiyacı olduğu haqqında bizləri qürurlandıran bir məqalə yazıb.
Arzu edənlər "Google" vasitəsilə məqaləni oxuya bilərlər.
Aygün Attarın iki kitabından Azərbaycan Elm və Təhsil Nazirliyinin qərarına əsasən ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə edilir.
O, Zəngəzurun Azərbaycandan məcburi alındığına, Qərbi Azərbaycanın bizim ata baba torpağımız olduğuna dair gerçəkləri əks etdirən 20-30 il əvvələ aid yazılıb çap olunan çox sayda məqalənin altında imzası olan vətənsevər alimimizdir.
Professor beynəlxalq ictimaiyyət tərəfindən də yaxşı tanınır.
O, BMT-nin qadın və mətbuat forumunun üzvü, onun təşəbbüsü ilə qardaş ölkədə UNESCO ilə birlikdə qurulan gender bərabərliyi mərkəzinin sədridir.
Aygün Attar Əhməd Ağaoğludan sonra Türkiyədə mühüm vəzifələri tuta bilən yeganə soydaşımızdır.
Azərbaycanda anadan olduğu halda dövlət universitetində seçki ilə Türkiyədə rektor olan ilk azərbaycanlıdır.
O, qardaş ölkədə müxtəlif elm ocaqlarında dekan, prorektor və rektor vəzifələrində işləyib, Türkiyə Respublikası Baş nazirinin müşaviri olub.

2021-ci ildən Türkiyə Prezidenti Ərdoğanın rəhbərlik etdiyi Təhlükəsizlik və Xarici Siyasət Şurasının üvzü olan professor Attar beş illik təyin edildiyi bu vəzifəsini də böyük nailiyyətlə yerinə yetirib və vəzifəsinin səlahiyyət müddəti bir neçə gün əvvəl başa çatıb.
Bütün ömrü və yaradıcılığı boyu Azərbaycan başda olmaqla Türk Dünyasına töhfə verən Aygün Attarın dünyanın hər tərəfindən çox sayda aldığı mükafatları var.
Beynəlxalq miqyaslı mükafatlarından bəziləri bunlardır:
(2012)
Dünyanın 104 universitetinin üzv olduğu, mərkəzi Avropada yerləşən Qaradəniz Ölkələri Universitetlər Birliyi Ağı (BSUN) tərəfindən "Üstün Başarı Mükafatı”
(2013)
Kosova Respublikası tərəfindən Türk-İslam Dünyasına Xidmətlərinə görə "Xidmət Nişanı”
(2014)
"Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon” jurnalı tərəfindən Türkiyədə verilən "İlin Rektoru” mükafatı
(2014)
İngiltərədə, "Oksford"da "Sokrat" mükafatını alan Aygün Attar "İlin rektoru”, rəhbərlik ettiyi Giresun Universiteti isə "Ən yaxşı idarə edilən universitet” seçilib.
(2014)
Qaradəniz bölgəsindəki xidmətlərinə görə Beynəlxalq Qara dəniz sahil yolundakı ən böyük parka "Professor Aygün Attar Gənclik Parkı” adı verilib.
(2015)
Türk Dünyasının Birlik İdeyasına töhfə verdiyinə görə TÜRKSAV tərəfindən "Türk Dünyasına Xidmət" beynəlxalq medalı
(2015)
Qazaxıstan dövləti tərəfindən Türk Dünyasına xidmətlərinə görə "Dövlət Medalı”
(2016)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Azərbaycan naminə fəaliyyətlərinə görə 3-cü dərəcəli "Vətənə Xidmət" ordeni ilə təltif olunub.
(2021)
Azərbaycan Dövlət Diaspor Komitəsi tərəfindən "Diaspor fəaliyyətində xidmətə görə" nişanı
(2022)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafındakı xüsusi xidmətlərinə və xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki roluna görə "Dostluq Ordeni” ilə təltif edilib.
Erməni diasporunın çəkindiyi alimlərdən olan Aygün Attarın elmi yaradıcılığında Azərbaycan həqiqətləri daima ən təməl prioritet olub.
O, vətən torpaqlarımızın işğal altında olduğu illərdə Avropa Parlamentləri daxil olmaqla hər arenada həm elmi, həm ictimai-siyasi mübarizəsini israrla davam etdirib.
Erməni tarixşünaslığının yalanlarını elmi faktlarla ortaya qoyub.
Yürüşlər, mitinqlər, televiziya proqramları təşkil edib, tələbələrini arxasınca apararaq təsirli tədbirlər həyata keçirib.
Aygün xanım Türkiyədə böyük nüfuza sahibdir, o, illər boyu zəhməti ilə əldə etdiyi nüfuzundan daima milli məsələlər üçün istifədə edib.
Azərbaycana yönəlik xoş olmayan hər təşəbbüs mütləq Aygün xanım tərəfindən anında cavablandırılır.
Erməni əsilli millət vəkili Qaro Paylan haqqında hüquqi mücadilə yolunu seçən Aygün Attar, bir il davam edən məhkəmədən sonra Paylanın deputat mandatını ləğv etdirərək Türkiyədə günlərlə adından söz etdirib, qazetlərdə manşet olub.
Kürdlərin HDP partiya lideri Dəmirtaşın Rusiya səfərində "Qarabağ Ermənistan torpağıdır” bəyənatına görə onu prokurorluğa "vətənə xəyanət" maddəsi ilə şikayət edərək haqqında cinayət işi başlanmasına nail olub.
İllər əvvəl Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin Ankaradakı görüşü zamanı Aygün xanımın "Müasir Dünyanın Ən Böyük Problemi: Erməniçilik” adlı türk və ingilis dillərində çap edilən kitabını əllərində tutaraq ürəkdən güldüklərini əks etdirən bir fotoşəkil var: Ərdoğan Əliyevə "şu hoca var ya, İlham kardeşim, söz konusu Azerbaycan olunca hoca ortalığı sallıyor” deyir və Azərbaycan dövlət başçısı da böyük bir məmnuniyətlə, qürurla gülərək Aygün xanımı təbrik edir.

Professorun Qarabağ savaşı haqqında şəhidlərimizə ithafən yazdığı "44 günün pərdə arxası” adlı son kitabı Azərbaycan və türk dili ilə birlikdə ingilis dilində də çap edilib.
Aygün Attarın müəllifi olduğu bu əsərin elmi redaktoru Türkiyə Təhlükəsizlik Təşkilatının mövcut rəhbəri professor İbrahim Kalındır.
Kitabda Azərbaycan dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən yazılmış təqdimat yazısı yer alır.
2019-cu ildən indiyədək Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə heyətinin sədri olaraq "yumşaq güc” fəaliyyətlərini həyata keçirən dünya şöhrətli alimimiz Aygün xanım Attarı ad günü münasibətilə təbrik edir, ona yorulmaz həyat yolunda yeni uğurlar arzu edirik.
Professor Aygün Attar Həşimzadəyə aid arxiv, qəzet xəbərləri və "Google" bilgilərindən topladığımız məlumatlara əsasən ərsəyə gətirdiyimiz bu yazı ömrünü Azərbaycana ithaf edən bir soydaşımıza bizdən Azərbaycan media nümayəndələrinə doğum günü ərməğanı olsun.
Aygün xanımın cild-cild əsərlərə sığacak ömür yoluna biz bu kiçik yazıyla işıq tutmağa çalışdıq.
Səsiniz, nəfəsiniz daim yüksəklərdən gəlsin, qeyrətli vətən övladı, böyük alim.
Çox sevdiyiniz Qubadlıda ən yaxın zamanda görüşmək ümidilə yeni yaşınız mübarək olsun.
Xəbərin oxunma sayı : 667
Sosial
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır – AZAL biletləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV