Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın neft hasilatı azalır: bəs gəlirlərimiz?

Tarix 05.11.22, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin ən böyük yatağına 43 milyard dollar investisiya qoyulması nəzərdə tutulur

Azərbaycan hökuməti yaxın 4 ildə ölkədə neft hasilatının azalacağını gözləyir. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə əsasən, 2026-cı ildə ölkədə 30 milyon  274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 milyon 222,3 min ton) ilə müqayisədə 3 faiz azdır.

Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 milyon 649,7 min ton və 30 milyon 695,4 min ton neft hasil olunacaq.

Maraqlıdır ki, 2022-ci ilin büdcə layihəsində hökumət neft hasilatına dair daha nikbin proqnozlar irəli sürmüşdü. Cari ilin büdcə layihəsində Azərbaycanda 34 milyon 830,3 min ton neft, 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılmışdı. Həmçinin 2023-cü ildə ölkədə neft hasilatının 35 milyon 752,7 min ton, 2024-cü ildə 35 milyon 672 min ton, 2025-ci ildə 34 milyon 707,6 min ton səviyyəsində olacağı nəzərdə tutulurdu. Bir il sonrakı proqnozlar isə bu gözləntilərdən kəskin fərqlənir. Hətta növbəti 3 ilə dair hökumətin proqnozlaşdırdığı azalma tempi hazırda mövcud səviyyədən xeyli nikbindir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 24 milyon 493,4 min ton neft hasil edilib, bu da illik müqayisədə 5,3 faiz azdır. İlin son rübündə hasilatın ötən il proqnozlaşdırılan 34 milyon 830,3 min tona çatdırılması qeyri-mümkündür. Müstəqil ekspertlər cari ilin sonunadək Azərbaycanda 28 milyon ton civarında neft istehsal ediləcəyini gözləyirlər.

SOCAR üzrə neft hasilatı 2,6 milyon ton təşkil edib - AZƏRTAC


Azərbaycanda neft hasilatının azalması təbii səbəblərlə izah olunur. Belə ki, yataqların ehtiyatlarının tükənməyə başladığı, quyuların köhnəldiyi bildirilir.

Məlumdur ki, Azərbaycanda əsas neft həcmləri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur. 2017-ci ildə bu blokun işlənməsinə dair xarici şirkətlərlə imzalanmış müqavilə yenilənərkən yataqda 500 milyon ton civarında neft qaldığı açıqlanmışdı. Güman olunurdu ki, əlavə investisiyalar hesabına yataqda hasilatın azalması prosesinin qarşısı alınacaq, daha uzunmüddətli dövrdə hasilat templərini sabit saxlamaq mümkün olacaq. Lakin cari ilin əvvəlindən etibarən hasilat səviyyəsinin azalması qeydə alınmaqdadır, bu isə yataqda qalan ehtiyatlarla bağlı proqnozların özünü doğrultmadığını göstərir.

Açıqlanan rəsmi məlumata görə, 2022-ci ilin  yanvar-sentyabrında AÇG-dən 15 milyon ton neft hasil olunub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən - 17 milyon tondan  9,5 faiz azdır. Hasilatın azalmasına baxmayaraq, dünya bazarındakı qiymət səviyyəsi Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərin kəskin artmasına imkan yaradıb. Belə ki, Dövlət Neft Fondunun açıqladığı məlumata əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında AÇG yatağından hasil olunan neftin satışından Fonda 7 milyard 528 milyon dollar gəlir daxil olub. Ötən ilin eyni dövründə bu mənbədən Fondun qazancı iki dəfəyə qədər az - 3 milyard 966,8 milyon dollar olmuşdu. Həmin dövrdə Azərbaycan neftinin orta qiyməti 68,27 dollar təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında ə “Azeri Light” markalı Azərbaycan yüngül neftinin orta qiyməti 107,22 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,95 dollar və ya 57,1 faiz çoxdur.

Hazırda Azərbaycan nefti dünya bazarında 98 dollara ticarət olunur.

Bir çox beynəlxalq təşkilatlar, sahə üzrə ixtisaslaşan analitik mərkəzlər yaxın və ortamüddətli dövrdə neftin dünya bazar qiymətinin yüksək olaraq qalacağını gözləyirlər. Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə neftin bir barelinin orta qiyməti 2022-ci ildə 98.2 ABŞ dolları, 2023-cü ildə isə 85.5 ABŞ dolları səviyyəsində olacaq.

Cari ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel  olub | Azərbaycan Energetika Nazirliyi


Dünya Bankının proqnozuna əsasən 2022-ci ildə “Brent” neftinin orta qiyməti 100 dollar təşkil edəcək, 2023-cü ildə isə 92 dollaradək enəcək. Bankın mütəxəssisləri hesab edir ki, 2024-cü ildə “Brent” markalı neft daha da ucuzlaşacaq və onun orta qiyməti 80 dollar səviyyəsində qərarlaşacaq. Hesabatda qeyd olunur ki, 2021-ci ildə “Brent”ın orta qiyməti 70,4 dollar, 2020-ci ildə isə 42,3 dollar təşkil edib.

Ortamüddətli dövrdə neft hasilatının əksər hasilatçı ölkələr üzrə azalması gözlənilir. Bu günlərdə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üzrə gündəlik xam neft hasilatı proqnozunu azaldıb. EIA-nın aylıq hesabatına əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,85 milyon barel olacaq ki, bu da əvvəlki proqnoz göstəricidən 0,14 milyon barel azdır.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik orta neft hasilatı 28,58 milyon barel olacaq. Bu, əvvəlki proqnozdan 0,03 milyon barel azdır. Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik orta neft hasilatı 26,28 milyon barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 milyon barel təşkil edib, 2019-cu ildə isə 29,27 milyon barelə bərabər idi. EİA hesab edir ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də də çata bilməyəcəklər.

OPEC-də isə hesab edirlər ki, təşkilata daxil olmayan ölkələr 2027-ci ilə qədər dünya bazarına neft təklifini 12 faiz artıracaqlar, lakin 2030-cu illərin başlanmasından sonra onların hasilatı bir qədər azalmağa başlayacaq. OPEC-in “World Oil Outlook” (WOO) adlı illik hesabatında qeyd edilir ki, 2027-ci ilə qədər OPEC-ə daxil olmayan ölkələrdən neft ixracı 2021-ci illə müqayisədə 12 faiz artaraq sutkada 71,4 milyon barelə çatacaq. ABŞ hasilatı sutkada 3,9 milyon barel artıracaq və hasilatın artımına görə lider olacaq. Braziliya, Qayana, Kanada və Norveç də tədarükü artıracaq, Rusiya isə Ukraynadakı münaqişə səbəbindən gündəlik hasilatı 2021-ci il səviyyəsindən 0,7 milyon barel azaldacaq.

Azərbaycanda gündəlik neft hasilatı neçə barel olub? - 13.12.2021, Sputnik  Azərbaycan


OPEC ekspertlərinin proqnozuna əsasən 2030-cu illərin əvvəlindən qeyri-OPEC ölkələri hasilatı azaltmağa başlayacaq, 2045-ci ilə qədər gündəlik hasilat 67,5 milyon barel (2027-ci il ilə müqayisədə 5,5 faiz azalacaq) olacaq. OPEC ölkələri isə 2027-ci ilə qədər hasilatı demək olar ki, 13 faiz artıraraq sutkada 35,6 milyon barelə çatdıracaq, hasilatın əsas artımı neft bazarının sabitləşməsi fonunda 2022-2023-cü illərdə baş verəcək. 2030-cu illərin əvvəlindən sonra hasilatı azaltmağa başlayacaq OPEC üzvü olmayan ölkələrdən fərqli olaraq, OPEC ölkələri hasilatı durmadan artırmağa davam edəcək.

Təşkilatın proqnozuna görə, neftin qlobal enerji balansında payı 2045-ci ilə qədər indiki 31 faizdən 29 faizə qədər azalacaq, eyni zamanda o, ən tələb olunan yanacaq növü olaraq qalacaq. Ümumilikdə, OPEC ekspertlərinin gözləntisinə əsasən neft və qaz enerji istehlakının 50 faizdən çoxunu təşkil edəcək. Nəticədə gündəlik qlobal neft tələbatı 2045-ci ilə qədər 2021-ci il səviyyələri ilə müqayisədə 13 milyon barel artaraq 110 milyon barelə çata bilər. Hesabata əsasən, eyni zamanda, tələbin əsas artımı 2025-ci ilə qədər baş verəcək və 2035-ci ildən onun platoya çıxacağı proqnozlaşdırılır.

Belə ki, təşkilatın proqnozuna görə, 2025-ci ilə qədər neftə tələbatın illik artımı təqribən gündəlik 2,1 milyon barel təşkil edəcək, 2025-2030-cu illər arasında 0,6 milyon barelə qədər azalacaq, 2030-2035-ci illərdə isə 0,2 milyon barelə enəcək: “Bundan sonra proqnozlar dünya səviyyəsində neftə tələbatın kifayət qədər uzun plato dövrünü göstərir”.

Gözlənilən tələbatı ödəmək üçün dünyada enerji ehtiyatlarının gündəlilk tədarükü 2045-ci ilədək hər il orta hesabla 2,7 milyon barel artırılmalıdır. “WOO göstərir ki, enerji resurslarına gözlənilən tələb 2045-ci ilə qədər onların tədarükünün illik orta hesabla 2,7 milyon barel/gün artımını tələb edəcək. Bunun üçün əhəmiyyətli investisiyalar tələb olunacaq”, - bunu OPEC-in baş katibi Heysəm əl-Qais bildirib. Onun sözlərinə görə, qlobal hasilatı sutkada 100 milyon barel səviyyəsində saxlamaq üçün təkcə neft sənayesi hər il 5 milyon barel həcmində istehsalat gücləri işə salmalıdır.

Qurumun baş katibi qeyd edib ki, 2045-ci ilə qədər neft sənayesinə yatırılan ümumi investisiya 12,1 trilyon dollar həcmində qiymətləndirilir. Bundan neft hasilatına 9,5 trilyon dollar, emala 1,6 trilyon dollar, nəqliyyata 1 trilyon dollar çatmalıdır.

Məlumat üçün bildirək ki, AÇG üzrə imzalanmış yeni sazişə əsasən 2049-cu ilədək yatağa 43 milyard dollar investisiya yatırılması və 500 milyon ton neft əldə olunması nəzərdə tutulur.

Yeri gəlmişkən, neft hasilatının azalması fonunda Azərbaycanda Dövlət Neft Fondundan büdcə vasitəsilə xərcləmələrin azaldılması nəzərdə tutulur. 2023-cü il və növbəti 3 ilin  büdcə proqnozuna əsasən Fonddan büdcəyə daxilolmaların 2023-cü ildə 11 280,0 milyon manata, 2024-cü ildə 11 027,0 milyon manata, 2025-ci ildə 10 978,0 milyon manat, 2026-cı ildə isə 10 766,0 milyon manata kimi azaldılması proqnozlaşdırılıb. Beləliklə də 2023-cü illə müqayisədə 2026-cı ildə Dövlət Neft Fondundan büdcəyə transfert 4,5 faiz və ya 514 milyon manat azaldılacaq.

“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 535




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap