“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan millisi Avstriyaya məğlub oldu - AÇ-2024

Tarix 16.10.23, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı seçməmiz doğma azarkeşlər qarşısında Avstriya ilə qarşılaşıb.

Üç gün əvvəl səfərdə Estoniya üzərində inamlı qələbə qazanan yığma Avstriya ilə görüşdə də uğurlu nəticəyə köklənmişdi. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla bu qrupda 2-ci pillədə qərarlaşmışdı. Azərbaycan millisi isə 4 xalla 4-cü yerdəydi.

Bakıdakı oyunda qələbə qazanan Avstriya liderlə xallarını bərabərləşdirib.

Bu gün yığmamızın qrupunda həmçinin, Belçika – İsveç oyunu da baş tutacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
17 oktyabr

Azərbaycan – Avstriya 0:1
Qol: Marsel Zabitser, 48-pen.
Qırmızı vərəqə: Quido Burqstaller, 90+4.
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Andreas Meintanas, Anastasios Papapetru (Hakimlər briqadası Yunanıstandandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalaydziç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k).
Baş məşqçi: Ralf Ranqnik.



Xəbərin oxunma sayı : 766




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap