Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Avropaya qaz ixracını 2.2 dəfə artırıb – “Ölkəmizin geosiyasi mövqeləri güclənir”

Tarix 13.06.22, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk 5 ayında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.2 dəfə artıraraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib. “Bütövlükdə, bu arada Azərbaycanın qaz ixracatı 27.0 faiz artıraq 9.4 milyard kub metrə çatdıb. Bu müddətdə ölkəmizdə 19,6 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir”,-iqtisadçı əlavə edib.

Qeyd edək ki, Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. “Köhnə qitə” alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da, hələlik və bəlli bir müddət "Qazprom" Avropada dominatlığını qoruyub saxlamağa çalışır.

V.Bayramovun sözlərinə görə, bu ilin ilk 5 ayının nəticələri göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. “2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir”, -iqtisadçı vurğulayıb.



Xəbərin oxunma sayı : 1129




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap