|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Avtobusda məktəbliyə qarşı əxlaqsızlıq: “Yaxası pis bağlanmışdı...”
Tarix 10.11.22, 20:18 |
|
Abşeron rayonunda İran vətəndaşı, 1968-ci il təvəllüdlü Bahman Gholmreza Yousef (Bəhmən Gülmirzə Yusif) yetkinlik yaşına çatmayan Bahara qarşı (ad şərti verilib – red.) əxlaqsız hərəkətlər edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.
Bəhmən “Köhnə Bazar” adlanan ərazidə sərnişin kimi mindiyi 535 nömrəli xətt avtobusunda olan zaman 2009-cu il təvəllüdlü Baharı görüb.
O, azyaşlı qızı avtobusda ayaq üstə olan vəziyyətdə özünə tərəf sıxaraq qucaqlayıb. Bir neçə duracaqdan sonra Baharın Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binası yaxınlığında avtobusdan düşdüyünü görüb. Əxlaqsız hərəkətlərini davam etdirmək niyyətilə o özü də avtobusdan düşüb. Azyaşlı qızı binanın qarşısına qoyulmuş taxtadan olan oturacaqda əyləşdirib, ona qarşı əxlaqsız hərəkətlər edib.
Bahar dil və ədəbiyyat üzrə hazırlıq məşğələsinə gedib. Bəhmən isə onu təxminən 1 saat 30 dəqiqə gözləyib.
Hazırlıq məşğələsindən çıxan qızı evlərinə kimi aparıb. Evdə qız Bəhmənin hərəkətləri barədə anasına danışıb. Azyaşlının anası hüquq-mühafizə orqanlarına müraciət edib.
“Fars dilində təhsil almışam”
İstintaq orqanı tərəfindən Bəhmənin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhmən elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, fərdi əməklə məşğul olur: “Əslən azərbaycanlıyam, Təbriz şəhərində anadan olmuşam. Doğulduğum şəhərin orta məktəbində 3-cü sinfə kimi fars dilində təhsil almışam. 26 ildir Bakı şəhərində yaşayıram, Azərbaycan dilində tam başa düşürəm. Lakin latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmirəm”.
“Qucaqladım ki, yerə yıxılmasın”
Təqsirləndirilən şəxs deyib ki, təxminən 22 ildir evlidir, iki övladı var: “Övladlarımın hər ikisi tələbədir. Təxminən bir ay olar, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerdə Valeh adlı şəxsə məxsus sexdə mebel ustası işləyirəm. Mebel sexində işlər zəif getdiyi üçün dolana bilmirəm. Bu səbəbdən iş yerini dəyişmək istəyirdim.
Təxminən 3-4 il əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında Elmar adlı şəxsin sexində mebel rəngsazı kimi 4-5 ay işlədim. Həmin sexdə işlərin necə getdiyini maraqlanmaq üçün qeyd olunan ünvana getmək məqsədilə 535 nömrəli avtobusa mindim.
Avtobusda sıxlıq olduğuna görə sürücünün yanında ayaq üstə dayanmışdım. Adını sonradan bildiyim Bahar avtobusa minərək sağ tərəfimdə dayandı. Sıxlıq olduğundan həmin qıza yaxın durdum. Avtobus tormoz verdikdə qolundan tutdum, qucaqladım ki, yerə yıxılmasın. Lakin yolboyu onunla söhbət eləmədim”.
“İki dəfə öpdüm”
Bəhmənin sözlərinə görə, Bahar Abşeron Rayon İcra Hakimiyyətinin yanında düşüb: “Mənim də getdiyim mebel sexi həmin ərazidə yerləşdiyi üçün avtobusdan düşdüm. Bahara yaxınlaşdım və sol əlindən tutdum ki, yolu keçməyə kömək eləyim. Yolu keçəndən sonra hara getdiyini soruşdum. O, hazırlıq kursuna getdiyini bildirdi. Əlindən tutaraq getdiyi yerə apardım.
Bahar hazırlıq kursuna getdiyi binanın həyətinə çatanda skamyada əyləşdi. Ondan yemək və ya su içmək istəyib-istəmədiyini soruşdum. O, heç nə istəmədiyini bildirdi. Oturaq vəziyyətdə olanda onun arxasına keçərək qucaqladım və başını sığallamağa başladım. Bundan sonra köynəyinin ipinin səhv bağlandığını gördüm. Onu düzəltməyə köməklik elədim. Baş nahiyəsindən iki dəfə öpdüm.
Bahara ailə üzvləri tərəfindən düzgün başa düşülməyəcəyi üçün bu barədə danışmamasını tövsiyə elədim. Təklifimlə razılaşdı və heç kəsə heç nə danışmayacağına söz verdi. O, hazırlığa, mən isə işlədiyim mebel sexinə getdim. Lakin sexin bağlı olduğunu gördüm”.
“Anasının baxdığını dedi”
Bəhmən deyib ki, həmin vaxt təsadüfən sexdə birlikdə işlədiyi adını xatırlamadığı şəxsi görüb və onunla söhbət eləməyə başlayıb: “O da işdən çıxdığını bildirdi. Bizim danışığımız təxminən beş dəqiqə davam elədi. Söhbət etdiyim şəxsin anket məlumatlarını və əlaqə nömrəsini bilmirəm. Gedəndən sonra Abşeron Rayon İcra Hakimiyyəti yaxınlığında olan skamyada əyləşdim.
Təxminən 1 saat 20 dəqiqə sonra Baharı duracaqda gördüm, yenidən ona yaxınlaşdım. Əlindən tutdum, birlikdə avtobusa mindik. Bahar əyləşdi. Onun yanında olan sərnişin düşəndən sonra mən də oturdum. Onunla eyni duracaqda düşdüm. Əlindən tutaraq onu evə yola saldım. Yolda Bahar anasının binanın pəncərəsindən baxdığını bildirdi. Bu səbəbdən sağollaşaraq getdim, işlədiyim sexə qayıtdım”.
“Əvvəllər tanımamışam”
Cinayət işi üzrə zərərçəkmiş Baharın sözlərinə görə, Xırdalan şəhərində 7-ci sinifdə Azərbaycan bölməsində təhsil alır. Barəsində şikayət etdiyi şəxsin adının Bəhmən olduğunu təhqiqat araşdırması müddətində bilib: “Hadisə baş verən gün onun şəxsiyyəti barədə heç bir məlumatım olmayıb, onu tanımamışam, heç vaxt rastlaşmamışam.
Hər həftənin 1-ci və 5-ci günləri icra hakimiyyətinin inzibati binasının yaxınlığında Azərbaycan dili və ədəbiyyatı fənnindən əlavələrə gedirəm”.
“Məni daha bərk qucaqladı”
Bahar qeyd edib ki, hadisə baş verən gün saat 08.15-də hazırlığa getmək üçün anası ilə birlikdə evdən çıxıb: “Mən 535 nömrəli avtobusa mindim, anam isə evə qayıtdı. Hazırlığa gedəndə anam həmişə məni avtobusla yola salır, əlavə hazırlıqlara tək gedirəm.
Avtobusda adam çox olduğu üçün oturmağa yer olmadı. Bu səbəbdən ayaq üstə getməli oldum. Həmin vaxt Bəhməni gördüm. Məni sağ əli ilə qucaqlayaraq özü tərəfə sıxmağa başladı. Bu hadisə avtobusa minən kimi baş verdi. Bəhmən məni getdikcə daha bərk qucaqladı, lakin heç bir söz demədi.
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında Bəhmən də mənimlə birlikdə düşdü. Onun düşməsini əvvəlcə görməmişdim. Avtobusdan düşüb təxminən 2-3 addım atandan sonra mənə yaxınlaşaraq sol əlimdən tutanda onun da düşdüyünü anladım. Bəhməni tanımadığım üçün çox qorxdum. Bu səbəbdən ondan əlavə heç nə soruşa bilmədim”.
“Sinəmi sıxmağa başladı”
Baharın sözlərinə görə, Bəhmən əvvəlcə neçə uşaq olduqlarını, kiminlə yaşadığını ondan soruşub:
“Mən də ona cavab verdim. Hara getdiyimi öyrəndi. Hazırlıq kursuna getdiyimi bildirdim. Həftənin hansı günləri hazırlıq kurslarına getdiyimi maraqlandı. Mən də onun suallarına cavab verdim.
Biz söhbət edə-edə hazırlığa getdiyim binanın həyətinə çatdıq. Getmək istəsəm də, məni qoymadı və skamyada oturmağı təklif elədi. Qorxduğum üçün etiraz etmədim və skamyada oturdum. Bəhmən yemək və su təklif eləsə də, istəmədim. Oturaq vəziyyətdə ola-ola arxa tərəfimə keçdi. Məni qucaqlayaraq üzümdən və boğazımdan öpdü. Sonra isə sinəmi sıxmağa başladı.
Bundan sonra başımı sığallayaraq, köynəyimin yaxasını oynatmağa davam elədi”.
“Evimin yerini öyrənmək istədiyini dedi”
Zərərçəkmiş şəxsin ifadəsinə görə, təqsirləndirilən şəxs baş verənlər barədə ailə üzvlərinə danışmamağını ondan xahiş edib: “Mənə pul verməyə və başqa yerə aparmağa da söz verdi. Hazırlıq vaxtlarımı soruşdu. Mən də səhərlər gəldiyimi dedim. Təqsirləndirilən şəxs hər səhər gələrək məni gözləyəcəyini bildirdi.
Təxminən 10 dəqiqə həyətdə dayanandan sonra hazırlığa getdim. Hazırlıq 1 saat 30 dəqiqədən sonra qurtardı.
Hazırlıqdan çıxanda Bəhməni həyətdə görmədim və getdiyini zənn elədim. Avtobusa minmək üçün icra hakimiyyətinin inzibati binası istiqamətinə piyada gedəndə onun yolun digər tərəfində dayandığını gördüm. Bəhmən məni görən kimi yaxınlaşdı. Yenidən sol əlimdən tutaraq suallar verməyə başladı. Mən də onun suallarına cavab verdim. Birlikdə 535 nömrəli avtobusa mindik.
Məndən harada düşəcəyimi soruşdu, özünün köhnə bazarın yanında düşəcəyini dedi. Əvvəlcədən oturacaqda oturdum. Yanımda yer boşanlanda o da yanıma əyləşdi. Avtobusda getdiyi yol boyu əlimdən tutdu. Yaşadığım evin yaxınlığında düşəndə o da mənimlə düşdü.
Ona köhnə bazarın yaxınlığında düşməli olduğunu, hansı səbəbdən mənimlə düşdüyünü soruşdum. O isə məni yola saldığını, yaşadığım evin yerini bilmək istədiyini dedi”.
Baharın sözlərinə görə, bu zaman anasının pəncərədən baxdığını görüb və sevinib: “Anamın pəncərədən baxdığını Bəhmənə bildirdim. O da əlimi buraxaraq qaçdı”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Bahman 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Bəhmənin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 469
Kriminal
Xəbərlər
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
TOP 10
ARXİV