Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Araz Əlizadə: “Mədət Quliyev mənə cavab verdi ki,...”

Tarix 17.10.17, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


“Mədət müəllimə çox təşəkkür edirəm ki, o, mənə aydın cavab verdi”

Bu yaxınlarda müxalifətçi fəallar sosial şəbəkələrdə bildiriblər ki, məşhur siyasətçi, Sosial-Demokrat Partiyasının lideri, Milli Məclisin deputatı Araz Əlizadənin atası sovet illərində ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin həbsinə bais olub. Guya görkəmli azərbaycanlı şərqşünas alim Məmmədmübariz Əlizadə məhkəmədə iştirak edərək, Elçibəyə qarşı ifadə verib və Elçibəy özü isə son sözdən imtina edib və M.Əlizadənin çıxış edərək özünü biabır etməsini deyib.

Bununla bağlı virtualaz.org Araz Əlizadəyə müraciət edib. Millət vəkili suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə müraciət edib.

“Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əvülfəz Qədirqulu oğlunun məhkəmə işinin materialları ilə tanış olmaq imkanı barədə bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədət müəllimə çox təşəkkür edirəm ki, o, mənə aydın cavab verdi: sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında yoxdur və o, Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəməsində iştirak etməyib”, - A.Əlizadə deyib.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap