Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Amerika xristianları Trampın Qüds qərarını niyə dəstəkləyirlər?

Tarix 11.12.17, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


"Economist" yazır ki, prezident Donald Trmpın Qüdsü (Yerusəlim) İsrail dövlətinin paytaxtı kimi tanımaq qərarını Amerika xristianları, ələxüsus da yevangelistlər (İsavilər) böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Halbuki regionun özündəki xristianlar bunun qəti əleyhinədirlər

Floridadakı meqakilsələrdən birinin pastoru və Trump-ın dini işlər üzrə şurasının üzvü Paula White deyib ki, yevangelistlər coşqunluq içindədirlər.

"Çünki İsrail bizim üçün müqəddəs torpaq, yəhudilər isə əziz dostlarımızdır" -White deyib.

O, Trampı Allahın "ilahi planına" həssas olduğuna görə alqışlayıb və deyib ki, onun özü kimilər prezidentə bu planın icrasında kömək edəcəklər.

"Economist" yazır ki, belə hissiyyat yevangelistlərin iç çevrəsinə xüsusilə hakimdir və onlar Trampın hakimiyyətə gəlməsində əsas rollardan birini oynayıblar. Məqalədə deyilir ki, Trampı özünün İsrailə dost vədlərinə sadiq qalmasını da onlar təmin edirlər.

Bu arada Roma papası Francis cənab Trampın Qüds qərarının bu müqəddəs şəhərin və onun müqəddəs ocaqlarının idarə olunmasındakı həssas tarazlığı pozan qərarından dərin narahatlıq ifadə edib.

Roma papası dekabrın 6-da hamını şəhərin BMT qətnaməsinə uyğun status quo-sunun saxlanmasına sadiq qalmağa çağırıb.

Yerusəlimin ənənəvi xristian icmalarının 13 lideri Trampın qərarının böyük bir ehtimalla Yerusəlim və Müqəddəs torpaqda "nifrətin, münaqişə, zorakılıq və iztirabın" artmasına səbəb olacağını bildiriblər. Onların arasında şəhərin müqəddəs yerlərinin baxıcıları olan pravoslavlar və katoliklər də var.

"Economist" yazır ki, eyni məsələyə belə ziddiyyətli münasibət Xristian teologiyasında iki tam fərqli məktəbi təmsil edir.

Xüsusən də son 20 ildə İsrailə (və onun davakar siyasətçilərinə) dindən qaynaqlanan bu dəstək Amerika siyasətinin mühafizəkar qisminə güclü impuls verib.

Yəhudilərin bir yerə toplaşmasının Allahın hökmü olduğuna inam yevangelist seçicilərin 80 faizinin ürəyinə hakim kəsilib. Bu 80 faiz bir qayda olaraq respublikaçılara səs verir.

Bu düşərgə, xüsusilə də həvari Pavelin təliminə əsaslanır. Bu təlimə görə yəhudilər əhdi-ətiqi xristianlarla paylaşdıqlarına görə onların yoldaşı sayılırlar. Yevangelistlərin bənzətməsinə görə İsa peyğəmbər yəhudi kökünün simvolu olan zeytun ağacının yeni budağıdır və bu budaqdan Xristianlıq şaxələnib.

Həvari Pavel deyir ki, axırda bu ağacın bütün budaqları pöhrələnəcək və "bütün İsrail xilas olacaq".

Əksinə, qeyri-sionist xristianlar, o cümlədən Fələstin xristianları həvari Pavelin başqa bir kəlamına söykənirlər: "Xristianlığı qəbul edənlər üçün nə yəhudi, nə yunan, nə qul, nə azad insan, nə kişi, nə qadın var, çünki siz hamınız İsa Məsihdə eynisiniz".

Onlar burdan belə bir məna çıxarırlar ki, İsa bütün insan kateqoriyalardan ucaya qalxıb və o zamandan bəri Allahın "seçmə bir xalqı" yoxdur.
Bu təlimə görə, bütün insanlar irq və cinslərindən asılı olmayaraq oğullar və qızlar kimi Məsihin təlimini qəbul etməyə dəvət olunublar.
"Economist" yazır ki, Əhdi-cədiddə İsrail və Yerusəlimə aid nə varsa, hamısı mübahisəlidir.

Başqa sözlə, həvari Pavel ikibaşlı bir mesaj qoyub gedib. Məhz buna görə də "bütün İsrailin xilas olacağı" günü gözləyən yevangelistlər inanırlar ki, "İsrailin tam olması üçün" yəhudilər İsanı öz xilaskarları kimi qəbul etməlidirlər. Bir başqaları isə inanırlar ki, yəhudi olmaq Axirət günündə avtomatik xilas verir.

Daha ənənəvi Xristian təriqətlərində verilən təlimə görə "İsrail" sözünün mənası İsanın gəlişindən sonra dəyişib. Bu söz indi hər hansı irqi və ya dövləti yox, "Allahı görə bilən" hər bir insanı bildirir.

Vatikanın İsraillə münasibətləri mükəmməl olmasa da, son vaxtlarda katoliklik İsrail dövlətinə müsbət yanaşmağa başlayıb. 2008-ci ildə Roma papası Benedict dövlətin 60 illiyi münasibətilə İsrailə təbrik naməsi göndərib.

Uzun sözün qısası budur ki, bəzi xristianlar İsrailin qurulması və onun paytaxtının Yerusəlim olmasının Allahın son təntənəsinə yol açacağına inanırlar. Bir başqaları isə bunun, əksinə, müharibəyə yol açacağına inanırlar. Hər ikisinə inanlar da var (BBC).



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap