Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

Tarix 19.01.18, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


“Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil”

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Direktor müavinin sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu yanvar ayı üçün bir qədər yüksəkdir: “Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olur. Bu hava kütlələrindən 7-si kənardan gəlir. Qalan hava kütləsi isə respublikamızın ərazisində formalaşır. Bakı və Abşeron yarımadasında yerli hava kütləsi hakim olduğu üçün belə bir hava şəraiti hökm sürür. Hazırda Rusiya ərazisində soyuq hava şəraiti hökm sürür, arktik hava kütlələri hakimlik edir. Lakin həmin hava kütləsi güclü olmadığından bizim ərazimizə gəlib çata bilmir”.

M. Həsənov qeyd edib ki, adətən belə hava şəraiti uzun müddət davam etmir: “Yəqin bu axşam, yaxud da sabah Bakı və Abşeron yarımadasında hava şəraiti xeyli dəyişəcək. Temperatur bir qədər enəcək, güclü külək müşahidə olunacaq”.  APA



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap