Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ali Məhkəmə hakiminin diplomu saxtadır! - FOTOFAKT

Tarix 28.12.22, 11:05

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 23-də Milli Məclisin Plenar İclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə aparılan müzakirələrdə deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun diplomunun saxta olması barədə fikir səsləndirməsi böyük marağa səbəb olub.

Yenisabah.az-a bu barədə olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir: "Etibar Əliyevin Abiddin Hüseynovun diplomunun saxta olması barədə səsləndirdiyi fikirlər doğrudur. Hakim Abiddin Hüseynov bioqrafiyasında təqdim etdiyi ali məktəbin adını səhv yazmaqla hakimiyyətin yüksək orqanlarını aldatmağa nail olub. Belə ki, Ali Məhkəmənin saytında onun Rusiya Hüquq Akademiyasını bitirdiyi göstərilir. Əslində o, mövcud olmayan bu akademiyanı deyil, Dağıstanda lisenziyasız fəaliyyəıət göstərən “Yujdağ” instititunda təhsil alıb (Diplomun surəti əlavə olunur)".

Məlumatlı şəxs deyib ki, A.Hüseynov qanunsuz fəlaiyyət göstərən bu institutda cəmi 2 il təhsil alıb: "Diplomda göründüyü kimi, guya əyani formada təhsil alıb. Bu dönəmdə o, 2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Demək əyani təhsil qeyri-mümkündür. Adam bioqrafiyasında bitirdiyi ali məktəbin adını bilərəkdən səhv yazıb, 2 il “təhsil aldığı” qanunsuz ali məktəbin diplomu ilə 7 il Apellyasiya məhkəməsində, 2020-ci ildən indiyə kimi isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışır. Analoqu olmayan hadisə baş verib. İki illik saxta diplomla məhkəmə sisteminin ən yüksək instansiyalarında hakim işləmək olarmış".

Məlumatlı şəxs hesab edir ki, Məhkəmə Hüquq Şurası bu məsələni ciddi araşdırıb Abiddin Hüseynovun məkəmə orqanlarından xaric olunması barədə qərar qəbul etməlidir.

Açıklama yok.





Xəbərin oxunma sayı : 949




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap