Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Aldım qoz, satdım qoz, mənə qaldı şax şaxı

Tarix 10.01.18, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turstin xərcinə bərabərdir.

Ötən il ərzində ölkəyə gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötsə də bu Gürcüstanın müvafiq göstəricindən 3 dəfə azdır. Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur – 1 718 016 nəfər. Reytinqdə ikinci yeri Azərbaycanlı turistlər – 1 694 998 nəfər, üçüncü yeri Rusiyalı turistlər – 1 392 610 nəfər tutur. Gürscüstan ötən il xarici turizmdən 2,2 milyard dollar, Azərbaycan isə 1,3 mlrd. dollar qazanıb.

Burda diqqətinizi Azərbaycana və Gürcüstana gələn turistlərin xərcləmələrinə yönəltmək istərdim. Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turstin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və ordan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Əksinə, Azərbaycanda turizmin inkişaf meylləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur. Elə o səbəbdən də ötən il 1 694 998 nəfər azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib. Ümumilikdə isə azərbaycanlı turistlər xaricdə 1,2 mlrd. dollar xərcləyib. Bunu müqabilində isə bizim turizm gəlirlərimiz 1,3 milyad dollar olub. Buna deyərlər aldım qoz, satdım qoz, mənə qaldı şax şaxı.

Qubad İbadoğlu, iqtisadçı ekspert



Xəbərin oxunma sayı : 187




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap