Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Akşenerin 50 faizlik siyasi çaları: tarixi dəyişməklə Ərdoğan “İyi Parti“nin seçkidə iştirakına sədd çəkib - TƏHLİL

Tarix 21.04.18, 3:43

Font ölçüsü : - / +
bitmap-img6


Devid Barçard

“Middle East Eye”


Türkiyənin güclü prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 24-də, elan edilən vaxtdan 17 ay əvvəl yeni seçkilər keçirmək qərarını eşitdirdikdə, canlı yayımı izləyən həmpartiyalı millət vəkillərini təəccübləndirib.

Bir neçə gündən sonra onlar səsvermə üçün lazım olan qanunvericilik aktlarını qəbul etməli olacaqlar.

Seçki tarixi niyə dəyişdirilib?

Artıq neçə aydır ki, şərhçilər Türkiyənin eyni zamanda erkən parlament və prezident seçkilərini keçirə bilib-bilməyəcəyi ətrafında möhtəkirlik edirdilər. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan nazirlər isə bunun baş verməyəcəyinə tam əmin idilər.

Seçkilər Türkiyənin parlament demokratiyasından yeni rejimə – birbaşa prezident üsul-idarəçiliyinə keçid dövrünün kulminasiyası olmalıdır. Bundan sonra Böyük Millət Məclisi icraedici hakimiyyətin kiçik tərəfdaşı olacaq.

Seçkilərin ilkin tarixi – 3 noyabr 2019 – icra qurumları və qanunvericilik orqanının uyğunlaşmasına çox vaxt saxlayırdı.

İndi proses qaçaraq olacaq. Yeni siyasi sistemə keçid sürətləndirilməlidir və Türkiyənin çox çətin seçki prossedurları yalnız 65 günlə məhdudlaşır.

Tarixin dəyişməsinə səbəbi nə idi?

Analitiklərin sözlərinə görə, Ərdoğanın müttəfiqi olan sağ millətçi MHP-nin lideri Dövlət Bahçeli seçkilərin avqustun 26-da keçirilməsini təklif edib – türklərin bizanslıları məğlub etməsinin ildönümü günü. Bu təklif rədd edilib.

Amma keçmişdə erkən seçki ideyasını hər zaman rədd edən Ərdoğan indi bunun vacib olduğunu niyə etiraf edib?

O, beynəlxalq vəziyyətlə əlaqədar Türkiyənin Suriya və İraqda sərhəd hərbi əməliyyatlarında iştirakı səbəbindən bu qərara gəldiyini bildirib. Türkiyə baş naziri Binəli Yıldırım da bu qərarın arxasında “geosiyasi narahatlıqlar”ın olması fikrini təkrarlayıb.

Sürətli seçki kampaniyası

Seçkilərin iyun ayında keçiriləcəyi xəbəri müxalif partiyalarda hökumətin vahiməyə düşdüyünə dair iddialarla qarşılanıb. Bununla yanaşı, əksər hallarda, rəy sorğularında AKP 20%-lik fərqlə Türkiyə müxalifətini qabaqlayır.

Türk müxalifətinin başqa bir iddiası budur ki, hökumət iqtisadi vəziyyətin pisləşməsinə, türk lirəsinin digər valyutalarla müqayisədə məzənnədə geriləməsinə görə qorxu keçirir, buna görə də sürətli seçki kampaniyası ilə seçicilərin başını tovlamaq istəyir.



Bu qərarın qəbuluna səbəb olan başqa bir amil isə AKP-nin yeni yaradılmış mühafizəkar müxalifət partiyası olan, Meral Akşenerin rəhbərlik etdiyi “İyi Parti” ilə bağlı mümkün problemi aradan qaldırmaq cəhdidir. Türkiyənin qəliz seçki qanunu parlamentdə deputat qrupu olmayan partiyaların qurultaydan yalnız altı ay sonra seçkiyə qatılmasına izin verir.

“İyi Parti” bu həftə seçkiyə qatılmasına iyunun 28-dən etibarən heç bir maneə olmadığını açıqlayıb. Buna görə də, Ərdoğanın seçki tarixini dörd gün əvvələ seçməsi təsadüfi görünmür. Ancaq Türkiyənin Yüksək Seçki Qurumunun sədri belə hələ “İyi Parti”nin seçkiyə qatıla bilib-bilməyəcəyini bilmir.

Digər müxalifət partiyalarının öz üzvlərini “borc verməsi ilə” bu partiya parlament qrupunu yarada və ya həmin partiyanın siyahısında öz namizədlərini təqdim etmək üçün koalisiya müqaviləsi imzalaya bilər. Amma açıq-aşkar maneələr hələ ki qalır.

Müxalifətin çalarları

Akşener Ərdoğana rəqib olacağını və bunun üçün lazım olan 100 min imza toplayacağını elan edib. Ərdoğanın hələ də mümkün digər namizədlərdən yüksək reytinqi olsa da (Akşener indiyə qədər elan edilən yeganə namizəddir), ictimai sorğular onun ilk turda lazımi 50%+1 səsi qazana bilməyəcəyini göstərir. Əgər belədirsə, müxalifətin bütün çalarları Akşenerdə birləşəcək və ya ehtimal ki, onun namizədliyinə üstünlük verəcək.

Amma gerçəkdən bu qədər uzaqlaşmayaq. Ərdoğanın ilk turda qələbə qazanmaq şansı yüksəkdir. Türkiyədə rəy sorğuları “PiaR” şirkətləri sahiblərinin tərəfkeşliyini əks etdirir. Məsələn, 2015-ci ildə “babat” AKP-pərəst sorğu MHP ilə ittifaqı sayəsində Ərdoğanın seçici səslərinin 55%-ini toplaya biləcəyi proqnozu verib.

Mərkəz solçu Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu prezident seçkilərində namizəd olarsa, bu, Akşeneri daha da zəiflədiləcək. Dünyəvi sol mərkəzçi və Türkiyənin ələvi dini azlığının nümayəndəsi Kılıçdaroğlunun ənənəvi qatı mühafizəkar-sünni seçiciləri öz cazibəsinə çəkəcəyi mümkün görünmür və onun namizədliyi müxalifətin mövqeyini zəiflədəcək.

AKP-nin kiçik ortağı MHP seçki ittifaqında 10%-lik baryeri aşmağı və əlavə səs qazanmağı düşünür. Bunun əvəzinə, MHP-çilərin səsləri Ərdoğana qələbəni təmin etdirməlidir.

Bununla belə, ittifaq müqaviləsi AKP-nin il (vilayət) təşkilatlarında kifayət qədər populyar deyil.

Yeni sistemdə baş nazir olmayacaq və nazirlər parlament deyil, prezident qarşısında məsuliyyət daşıyacaqlar.

2015-ci ildə Türkiyədə keçirilən son seçkinin acı nəticələri olub. Çoxları ölkədə parlamentli konstitusion sistemin çökməsi ilə şiddətin, qütbləşmənin artmasından ehtiyatlanır.

Hazırda nəfəslər içəri çəkilib. Çünki son nəticədə prezidentin simasında ölkədə “tək adam hakimiyyəti” bərqərar ola bilər.

Tərcümə: Strateq.az





Xəbərin oxunma sayı : 724




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap