Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Abel Məhərrəmov Ukrayna səfirinin tədbirini niyə pozub? - Politoloqdan qəzəbli suallar

Tarix 13.11.18, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“Noyabrın 15-də Bakı Dövlət Universitetində Ukraynada 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının (“Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilməli idi. Dəyirmi masada Ukraynadan dəvət olunan alimin məruzəsi dinlənilməliydi. Dəyirmi masaya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib. Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək”.

Strateq.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

bitmap-img6

O qeyd edib ki, Ukraynada "Qolodomor” illərində 4 ilə 7 milyon insan arasında insan həlak olub:

“Bu Stalin rejiminin repressiyasıdır. “Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. 

Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində “Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər? 

Bəs bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?”-deyə E.Şahinoğlu sual edir.




Xəbərin oxunma sayı : 427




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap