Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Abıyevdən Qarabağ əlilinə dələduz təkidi: sələmçi qolunu vətən üçün qurban verməz...

Tarix 22.02.18, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


sələmçi qolunu vətən üçün qurban verməz...Daşkəsən Rayon İcra Hakimiyyətinin aprel qazisi Arzu Məmmədovla qalmaqalı səngimir

AzFakt.com Fia.az-a istinadla xəbər verir ki, Daşkəsən RİH ciddi-cəhdlə müharibə əlilini sələmçi, dələduz çıxarmağa təkid edir. 

Ötən həftə ərzində RİH-nin məsul şəxsləri tərəfindən ardıcıl olaraq A.Məmmədov barədə açıqlamalar verilib, Qarabağ qazisinin dələduzluq etdiyi üçün qaçaraq hərbiyə getdiyi vurğulanıb. 

Bu ikrah doğuran açıqlamalardan biri aprel qazisinin RİH-də işləyən əmisi qızı Aida Nağıyeva adından ünvanlanıb. Fevralın 16-da isə təzədən pul mübahisəsi olan İlahə Bayramova müraciət yayıb. 

Daşkəsən RİH israrla müharibə əlilinin sosial probleminə kömək etmək yerinə, ondan fırıldaqçı, sələmçi obrazı yaratmağa çalışır. 

Hərçənd ki, bu qalmaqal A.Məmmədovun Daşkəsənin icra başçısı Əhəd Abıyevə etdiyi müraciətdə ondan kömək istəməsi ilə başlanmışdı. 

Aprel qazisi icra başçısına üz tutub imdad diləyirdi, biganəlikdən gileylənirdi, mənzil probleminin həllində fırıldaqla üzləşdiyini, Ə.Abıyevin yardımı istəyirdi.

Amma müharibə əlilinin çıxışını gözümçıxdıya salıb, süngü ilə qarşılayan Ə.Abıyev onun əmisini qızını qabağa verərək əleyhinə bəyanat yaydırdı, mənzil məsələsində davası olan İlahəni tapıb mətbuata çıxardı.

FİA.Az xəbər verir ki, ilk növbədə Ə.Abıyev və Daşkəsən RİH bu açıqlamaları onlara tənqid ünvanlayan portallara göndərməlidirlər. 

Və bir xəbər portalı olaraq heç bir qərəzimiz olmadan Daşkəsən RİH-nin mövqeyini də təqdim edirik.

Baxmayaraq ki, bu açıqlamalar musavat.com-a göndərilir, biz qarşı tərəfin mövqeyini istinadla yayınlayırıq. Amma bizə də göndərilsəydi, dərc edəcəkdik. Bu, işin bir tərəfi...

Digər tərəfdən, A.Məmmədov Ə.Abıyevdən bir məmur, dövlətin adamı kimi qayğı gözləyirdi. Ancaq gözləmədiyi halda icra başçısı onun üstünə “ordu” göndərib sələmçi adı qoydurdu. 

Axı Qarabağ qazisindən dələduz, sələmçi olmaz! Bu sətiri ötən yazıda da qeyd etmişdik. Fəqət, İ.Bayramova bu sətirdən tutaraq müraciət yayır: 

“Saytlarda gedən ”Qarabağ qazisindən sələmçi, dələduz olmaz" deyə guya Arzu Məmmədova iftira atılır ifadəsinə cavab olaraq bildirirəm ki, Arzu əvvəllər Daşkəsən rayonunda yaşadığı dövrdə “Kapital Bank”ın Daşkəsən filialında kredit şöbəsində işləmiş, sələmə pul vermək işində ustalaşmışdır. Burada da ciddi nöqsanlara yol verməsi səbəbindən həmin bank filialından qovulmuşdur”.

Madam ki, beləydi, barəsində cinayət işi başlana bilərdi. Amma İ.Bayramova və Daşkəsən RİH deyir ki, qaçıb gizlənmək üçün orduya yazılıb. Bununla həm orduda nəzarətin zəif olması ittihamı irəli sürüblər, həm güc strukturlarına ilişiblər. 

Cinayət törətmiş şəxs orduya qaçıb yazılırsa, dərhal polis və prokurorluq orqanları tərəfindən araşdırılır, tutularaq geri təhvil verilir. 

Ancaq Daşkəsən RİH həm güc strukturlarını zəif durumda göstərir, həm Qarabağ əlilin böhtan atmış olur. Digər tərəfdən, sosial şəbəkələrdə, mətbuatda tənqidlər heç də Ə.Abıyevi düşmən çıxarmaq deyil. 

Sadəcə, aprel qazisini böhtan atmaqda, sələmçilikdə ittiham etməkdənsə, icra başçısı onu əlindən tutub kömək edə bilərdi, dələduz deməkdənsə, mənzil problemini həll edərdi.

Nə həmin şikayətçini ictimaiyyət tanıyır, nə mətbuat. Onun müraciəti Ə.Abıyevə tənqidləri tuşladıb. 

Hər halda bu qovğa, qalmaqaldan, mətbuatda tirajlanmasındansa, icra başçısı onu yanına çağıra bilərdi, başına gələnləri dinləyib yardım edə bilərdi. 

Ə.Abıyevin imkanları, resursları, biznesi, xərclədiyi pullar cəmiyyətə sirr deyil. Oliqarx bir məmur üçün vətən uğrunda sağlamlığını itirmiş əlilə kömək etmək su içmək qədər adi idi. 

Heç bir dələduz, sələmçi aprel döyüşlərində qolunu itirmək təhlükəsinə özünü atmaz. Bütün hallarda məsələnin humanist həllinə ümid edirik və Ə.Abıyevin də mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap