Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əziz Qaralov: “Bibiheybətdəki uçqun sürüşmə ilə bağlı deyil”

Tarix 17.10.18, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün səhər saatlarında Bakıda Bibiheybət yolunda istinad divarının bir hissəsi uçub.

Məsələ ilə bağlı musavat.com-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov söyləyib ki, hadisə yağışla bağlıdır:

“Yağışın yağması nəticəsində Bibiheybət məscidinin yaxınlığıda yolun kənarında istinad divarının bir hissəsi uçub. Bundan başqa hər hansı bir uçqun olmayıb. Ərazidə evlərə təhlükə yoxdur. Eləcə də yamacın özündə, orada yerləşən binalarda sürüşməyə aid nişanə yoxdur. Yəni bu, sürüşmə prosesi deyil. Bundan əlavə, Bayılda Buxta ərazisində də sürüşmə hadisəsi baş verib. Nəticədə 9 nömrəli ev uçub, yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur. Onu da qeyd edim ki, bu ilin yaz aylarında da ərazidə sürüşmə baş vermişdi və 23 ailə siyahıya alınmışdı. Həmin evlərdən biri artıq tamamilə uçub”.

Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Ərazidə xeyli sayda evlər də tikilib.



Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap