Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Yeni çağırış axtarmağın vaxtı çatıb“ - Ronaldu azarkeşlərlə vidalaşdı

Tarix 23.11.22, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


"Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb".

Bunu İngiltərənin "Mançester Yunayted" klubu yollarını ayıran Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu özünün sosial şəbəkə hesabında yazıb.

"Qırmızı şeytanlar"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozan 37 yaşlı hücumçu azarkeşlərlə vidalaşıb: "Mançester Yunayted"i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram".

Forvard bu yaxınlarda “The Sun” qəzetinə verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.Təcrübəli hücumçu 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə fərqlənib.



Xəbərin oxunma sayı : 763




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap