Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Yağ da şor qiymətindəir…” - Və ya «Pensiya məzhəkəsi»nin fəsadları

Tarix 19.02.19, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup Lerikli pensiyaçı Prezident İlham Əliyevə müraciə etdi

Məlumdur ki, bir müddət əvvəl Azərbaycan hökuməti pensiya islahatı adı altıda yeni «Pensiya haqqında qanun» qəbul edib. İslahat adlanan fəaliyyət mahiyyət etiarilə, irəliyə – inkişafa doğru addım rolunu oynamalıdır, yoxsa ki, o, məzhəkədən başqa bir şey olmayacaq, məsələn belə: «Pensiya məzhəkəsi»…

Yerli KİV-ə edilən vətəndaş müraciətləri, ekspert rəyləri, müşahidələr göstərir ki, Səlim Müslümov, Hadı Rəcəbov kimilərin işləyib hazırladığı yeni «Pensiya haqqında qanun» məzhəkədən başqa bir şey deyil. Bu gün Lerik rayonundan olan bir qrup pensiyaçının “AzPolitika.info”ya daxil olmuş müraiəti («Yağ da şor qiymətinədir») belə deməyə yetərincə əsas verir.

1489471406_selim-660x330

Müraciətdə deyilir: «Hörmətli redaktor! Bu müraciətimizi Prezident İlham Əliyevə göndərsəydik, ona çatmazdı – prezident aparatı onu nazir Sahil Babayevə göndərəcəkdi, nazirliyin ümumi şöbəsi isə bir əməkdaşa ünvanlayacaqdı ki, o da bizə bir «nağıl» yazacaqdı. Ona görə, KİV-ə yazdıq ki, Prezidentin, nazirin baş verənlərdən xəbəri olsun – bəlkə dərdimizə bir əlac oldu…

Pensiyanı Prezident, nazir hesablamır – mütəxəssislər hesablayırlar – onlar da xalqı hökumətdən narazı salırlar. Buna bircə misl gətirmək istədik. Əksəriyyətimiz 35-45 il əmək stajı ilə pensiyaya çıxmışıq, yaş həddimiz 64-70 arasındadır. Ali təhsilli mütəxəssislərik. Bu müraciətimiz nazir Sahil Babayevin son dövrdə persiya haqqında mətbuatdakı çıxışları ilə əlaqədardır.

Nazir çıxışlarında bildirir ki, minimu əmək haqqı 180 manata qaldırılıb, minimum pensiya isə 160 manat olacaq. O, bildirir ki, son 3 ildə əmək haqqı 7 dəfə artırılıb, 1300 nəfər saxta əlilliyə görə aldığı pensiyadan məhrum edilib və s.

sahilbabyev_7751542017922

Bəzi fəaliyyətinə görə, cənab naziri dəstəkləyirik. Ancaq pensiyaların hesablanmasında «düşmən əli» var. Ölkəmiz inkişaf edib, dövlət büdcəmiz formalaşıb, amma bəzi məmurlar xalqa qarşı düşmənçilik yolunu tutublar.

Minimum əmək haqqının 180 manata çatdırılması, bəzi pensiyaların artırılması, alim və tələbələrin təqaüdlərinin artırılmasına görə, hökumətə təşəkkür edirik. Minimum pensiyanın 160 manata qaldırılması ilə bağlı bir epizodu önə çəkmək istəyirik.

Pensiyaçılardan biri də mən, Şahiyev – 35 il əmək stajı ilə 2018-ci ilin yanvar ayında pensiyaya çıxmışam. Amma əmək stajımın 5,2 ilini «kəsiblər». 1973-cü ildə işlədiyim kolxozun göndərişi ilə ali məktəbin hazırdıq şöbəsinə qəbul olnmuşam, imtahan verib ali məktəbə daxil olmuşam. Əyani oxumuşam və 1977-ci ildə həmin ali məktəbi bitirmişəm. Oxuduğum dövrdə təqaüdümü kolxoz ödəyib. Ai məktəb mənim əmək kitabçama əmək stajımı qeyd edib. Məktəbdən təyinatla həmin kolxoza qayıtimışam…

Stajımın kəsilməsi ilə bağlı nazirliyə müraiət etmişəm. Mənə cavabları belə oldu ki, pensiya haqqında qanunda belə şeylər nəzərdə tutulmayıb. Mən, 25 il dövlət təşkilatlarında baş mütəxəssis, müdir işləmişəm, 250-270 manat əmək haqqı almışam. Mənimlə paralel işləyən digərlərinin əmək haqqı 125 manat olsa da, onlara 190-250 manat pensiya hesablanıb, mənə isə 135 manat! Bu, necə hesablamadır?…

Sovetlərin dövründə müharibədən təzəcə çıxmış dövlət 1948-56-cı illərdə əmək haqqını bir neçə dəfə artırıb, vergiləri azaldıb, digər kommunal xərcləri aşağı salıb. Amma indi əhali artırılmış minimum əmək haqqını, pensiyanı almamış, 20 manata satılan 50 kiloqramlıq un 2 aydan artıqdır ki, 30 manata satılır. Digər ərzaq və gündəlik tələbat mallarının qiymətləri də artırılıb. Bu işlərə baxan məmurlar bəs, nə ilə məşğuldurlar? Bəzi nazirlər, ağzıgöyçək-yaltaq məmurlar efirdən minimum əmək haqqının, pensiyaların artımından dəm vururlar.

valyuta_pensiya_00011-31531902571_(1)1535631418

Artırılmış əmək haqqı və ya pensiya nəzərə alınmaqla, sadə bir hesablama aparaq. Dörd nəfər üzvdən ibarət bir ailənin (torpağı və şəxsi təsərrüfatının olmadığı halda) aldığı 160 manat pensiya onun aylıq kommunal və ərazq xərclərini qarşılaya bilərmi?

Dövlət büdcəmiz ilbəil artır. Bildiririniz ki, 1300 nəfərin saxta əlilliyə görə pensiyası ləğv edilib – 1 milyon manat vəsaiti geri alıbsınız. Əhsən! Bu saxtakarlıqlar sizə qədər baş verib. Hazırda qeydiyyatda olan əlilliyə görə pensiya alanların 50 faizindən çoxu saxta sənədlərlə pensiyaya çıxıblar.

Dövlət qulluğu ilə pensiyaya çıxanlar eşitdilər ki, dövlət qulluğu stajı 25 il olmalıdır ki, vətəndaşa dövlət qulluğuna görə, yüksək pensiya hesablansın. Amma onların çoxu pensiya yaşına 2-3 il qalmış, 2015-2017-ci illərdə saxta xəstəlik kağızları ilə pensiyaya çıxıblar – araşdırsanız, ayda aldıqları 10 milyon manatı geri götürərsiniz…

Müraciəti hazırlayanda 45 nəfər idik, sonradan 16 nəfər ona imza etmədi və bildirdi ki, imza etsək, aldığımız qəpik-quruş pensiyanı da kəsəcəklər…».

İMZALAR:
1.Sahiyev Miris
2.Savrenov Gulləddin
3.Quliyev Ramiz
4. Cabbarov Qəhrəman
və digər 25 nəfər pensiyaçı.

P.S. Müraciətdə yazılanlara Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

AzPolitika.info






Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap