“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı

Tarix 13.11.25, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”.

AzFakt.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.

Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, - nazir qeyd edib.



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap