Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Vaqner“ hərbçiləri Baxmutun şərq hissəsində irəliləyib“ - Britaniya kəşfiyyatı

Tarix 11.03.23, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


"Vaqner" özəl hərbi şirkətinin üzvləri Baxmutun şərq hissəsində irəliləyib, lakin Ukrayna qüvvələri müdafiə xəttini qoruyur.

APA xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bu gün dərc etdiyi hesabatda bildirilib.

Qeyd olunub ki, qoşunların təmas xətti Baxmut şəhərinin mərkəzində Baxmutka çayı boyunca keçir.

Ukrayna Silahlı Qüvvələri şəhərin qərb hissəsini nəzarət altında saxlayır və çayın üzərindəki əsas körpüləri dağıdıb.

Hesabatda deyilir ki, Ukrayna hərbçiləri şəhərin qərbindəki möhkəmləndirilmiş binalardan atəş aça bildiyindən bu ərazi işğalçılar üçün ölüm zonasına çevrilib və bu da çox güman ki, “Vaqner”çilərin Baxmutun qərb hissəsinə doğru irəliləməsini çox çətinləşdirəcək.

Həmçinin, o da qeyd olunub ki, Rusiya ordusunun Ukrayna qüvvələrini şimaldan və cənubdan əhatə etmək cəhdləri səbəbindən Ukrayna ordusunun təchizat yolları hələ də zəif müdafiə olunur.



Xəbərin oxunma sayı : 655




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap