Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Vaşinqton post”:“Jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib“

Tarix 17.11.18, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


“Jurnalist Camal Qaşıqcının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman verib”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gəldiyi bu qənaəti “Vaşinqton post” qəzeti yayıb.

Bildirilib ki, bu məlumatı MKİ-nin yüksək vəzifəli şəxsi verib. Məlumata görə, bu hadisə ABŞ Prezidenti Donld Tramp hakimiyyəti ilə Məhəmməd bin-Salman arasında əlaqələrin saxlanılmasını çətinləşdirib.

MKİ-nin yekun rəyinə əsasən, vəliəhdin qardaşı, krallığın ABŞ-dakı səfiri Xalid bin-Salmanın Türkiyəyə gəlməzdən əvvəl Camal Qaşıqcı ilə telefon danışığı olub. O həmin danışıqda Qaşıqcıya İstanbula gedib, sənədlərini Səudiyyə Ərəbistanının Baş konsulluğundan alması üçün təhlükənin olmadığını söyləyib. Məlumata əsasən, bu danışıq Məhəmməd bin-Salmanın tapşırığı ilə baş tutub. Ancaq Xalidin cinayətdən xəbərdar olub-olmadığı isə hələlik məlum deyil.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatima Bəşən MKİ-nin irəli sürüdüyü iddaları təkzib edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqcı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqcı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqcını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışığında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdilər”.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap