Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Trabzonspor”un 38 illik həsrəti sona çatdı: Türkiyədə çempion bəlli oldu - VİDEO

Tarix 30.04.22, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Super Liqasının 35-ci turunda lider “Trabzonspor” evində “Antalyaspor”u qəbul edib.

Vaxtında əvvəl çempion olmaq üçün cəmi bir xala ehtiyacı olan ev sahibləri qarşılaşmaya fəal başlayıb.

Artıq üçüncü dəqiqədə A.Kornelius hesabı meydan sahiblərinin lehinə dəyişib.

Qarşılaşmanın ilk hissəsi bu hesabla başa çatıb.

İkinci hissəyə fəal başlayan qonaqlar 51-ci dəqiqədə A.Ndaonun qolu ilə hesaba tarazlıq gətirib.

Bundan beş dəqiqə sonra “Antalyaspor” hesabda önə çıxmaq şansı qazansa da, “Trabzonspor”un qapıçısı Uğurcan Çakır Fredinin fərqlənməsinə imkan verməyib.

“Trabzonspor” qarşılaşmanın ikinci hissəsində yenidən önə keçib. D. Toköz cərimə meydançası daxilində dəqiq zərbə ilə “Trabzonspor”un ikinci qolunu vurub.

Qonaqlar qarşılaşmanın 80-ci dəqiqəsində H.Raytın qolu ilə yenidən hesaba tarazlıq gətiriblər. Oyun bu hesabla başa çatıb.

Beləliklə, xallarının sayını 77-ə çatdıran “Trabzonspor” 38 il sonra Türkiyə çempionu adına yiyələnib - 2:2.

Qeyd edək ki, “Trabzonspor” buna qədər Türkiyə çempionatlarında altı dəfə çempionluq sevinci yaşayıb. Komanda sonuncu dəfə 1983-84-cü illər mövsümündə çempionatı ilk pillədə başa vurmağa nail olub.





Xəbərin oxunma sayı : 952




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap