Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Tayvan məsələsi ölkənin daxili işidir“ - Çin Baydenə cavab verib

Tarix 23.05.22, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


Çin Tayvanla bağlı öz milli maraqlarının müdafiəsinə hazırdır.

APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Van Venbin müntəzəm mətbuat konfransı zamanı ABŞ Prezidenti Co Baydenə cavabında deyib.

O bildirib ki, Tayvan məsələsi Çinin daxili işidir və Pekin hər hansı digər ölkənin öz daxili siyasət məsələlərinə müdaxiləsinə imkan verməyəcək.

“Tayvan məsələsi Çinin sırf daxili işidir. Çinin suverenlik və ərazi bütövlüyü kimi əsas maraqlarına toxunan məsələlərdə güzəştə və ya kompromisə yer yoxdur. Heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etməkdə möhkəm əzmini, möhkəm iradəsini və güclü qabiliyyətini az qiymətləndirməməlidir”, - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib ki, ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.



Xəbərin oxunma sayı : 952




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap