Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib” – Rövnəq Abdullayev

Tarix 20.09.18, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


“2020-ci ilin əvvəlində Transadriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumi iş həcminin 75 faizdən çoxu icra edilib”.

“Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin “Xalq qəzeti” nəşrində dərc olunan məqaləsində bildirilir.

Onun sözlərinə görə, boru kəmərinin funksionallığını təmin etmək üçün ötən ilin birinci yarısında Yunanıstan (Kipoidə) və Albaniyada (Fierdə) 2 kompressor stansiyasının inşasına başlanılıb və işlər qrafik üzrə davam edir.

“Əminəm ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” tam şəkildə icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına ən qısa və təhlükəsiz yolla çatdırılsın”, – deyə SOCAR prezidenti əlavə edib.




Xəbərin oxunma sayı : 367




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap