Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Türk dünyasını Azərbaycansız düşünmək olmaz” - “O dəhlizi Kılıçdaroğluna verdilər, o da...“

Tarix 12.05.23, 9:22

Font ölçüsü : - / +
bitmap-img6


“Türk dünyasını Azərbaycansız düşünmək olmaz”. "Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Binəli Yıldırım deyib.

“Kamal Kılıçdaroğlu çox çaşqındır, prioritetimizin Qərb olacağını dedi, bir gün sonra da dedi ki, bu, əsrin layihəsidir, böyük icad kimi. Nə Qərb, nə də Şərq türkün yoludur. Türk yoluna baxırıq, Azərbaycan yoxdur. Onun göstərdiyi isə əsrlər boyu mövcud olan marşrutdur” - deyə, o, bildirib. 

B.Yıldırım qeyd edib ki, Orta Dəhliz canlanıb: “Cənub dəhlizi İran vasitəsilə Çinə gedir, Ermənistanla sərhədlərimiz bağlı olduğundan Orta Dəhlizdə Gürcüstanla razılaşdıq, Tbilisidən Bakıya dəmir yolu xətti çəkdik, Orta Dəhlizi canlandırdıq.

Türk dövlətlərini İpək yoluna daxil etdik, şimal yolu Qazaxıstandan keçərək cənuba aparır. Bunlar yeni deyil, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Çinə gedən marşrut Bakı-Tbilisi-Qars yoludur və fəal şəkildə istifadə olunur”.

“Mətni (Kılıcdaroğlunun layihəsini-red) oxuyanda o günlərə qayıtdım, Amerika, Ermənistan Bakı-Tbilisi-Qars layihəsinin qarşısını almaq istəyirdi. Gürcüstanda bu layihə baş tutana qədər 4 nazir dəyişdi.

Bəziləri bunu istəmədiyini deyir, bunun arxasında böyük bir hekayə var. Təəccüblü bir şey yoxdur, o dəhlizi Kılıçdaroğluna verdilər, o da böyük həvəslə təqdim etdi, amma türk dünyasını Azərbaycansız düşünmək olmaz”, - Binəli Yıldırım əlavə edib.



Xəbərin oxunma sayı : 718




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap