Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İstehlak kreditlərinin artımı zəifləyib - Mərkəzi Bank əhalinin banklara borcunun artmasından ehtiyatlanır

Tarix 04.10.25, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2025-ci ilin ilk yarısı üzrə Maliyyə Sabitliyi Hesabatına görə, son illərdə tətbiq edilən tənzimləyici çərçivə ölkədə istehlak kreditlərinin artım tempini zəiflədib.

AMB etiraf edir ki, istehlak kreditlərinin, xüsusilə kredit kartlarının sürətli artımı maliyyə sistemi üçün risklər yaradır. Buna görə də qurum istehlak portfelinin artım dinamikasını diqqətdə saxladığını vurğulayıb.

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildən həyata keçirilən dəyişikliklər nəticəsində kredit portfelində müşahidə olunan intensiv artım nisbətən səngiyib. 2025-ci ilin I yarısında istehlak portfelinin illik artım sürəti 16,6% olub. Halbuki tənzimləyici çərçivə dəyişmədən əvvəl bu göstərici 32%-ə çatırdı.

Eyni vəziyyət kredit kartlarında da müşahidə olunur. Hesabata görə, son illərdə istehlak kreditlərinin əsas artım səbəbi kredit kartlarının həm sayının, həm də istifadə səviyyəsinin yüksəlməsi olub. 2022-ci ilin sonu ilə müqayisədə kredit kartlarının istifadə olunmuş hissəsi 60% artaraq 1,7 milyard manata, istifadə olunmamış hissəsi isə 64% artaraq 2 milyard manata çatıb.

AMB xəbərdarlıq edir ki, kredit kartlarının pro-siklik xüsusiyyəti sistem risklərini gücləndirir. Buna görə də bir neçə ay əvvəl istehlak kredit kartları üzrə yeni kredit limiti tətbiq olunub. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı üzrə limiti onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb.

Mərkəzi Bank bildirib ki, bu addım həm əhalinin borclanma imkanlarını daha düzgün qiymətləndirməsinə, həm də bankların riskləri erkən mərhələdə tanıyaraq azaltmasına şərait yaradacaq.



Xəbərin oxunma sayı : 712




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap