Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb” - Nazir müavini

Tarix 16.06.22, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


“Biznes mühiti sahəsində ölkədə həyata keçirilən işlər, həmçinin sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənin nəticəsi olaraq son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Partners and Business Baku 2022” yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, ölkə üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99%-i KOB subyektləridir, bu, kiçik və orta sahibkarlığın ölkədə böyük potensiala malik olduğunu göstərir:

“2022-ci ilin göstəricilərinə görə, ölkədə indiyə qədər qeydiyyata alınmış hüquqi sahibkarların sayı 170 mindən çox, fərdi sahibkarların sayı isə 940 təşkil edib. Bu rəqəmlər sahibkarlıq sahəsində inkişafın əsas göstəriciləridir”.

Nazir müavini deyib ki, KOB subyektlərinin dəstəklənməsi, onların inkişafı, maraqların müdafiəsi sahəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin gördüyü işlər xüsusi qeyd edilməlidir:

“Bu işlərin getdikcə miqyası, keyfiyyəti və əhatə dairəsi artır. Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra sistemli dəstək tədbirləri həyata keçirilib. Bunların sırasında daxili bazar araşdırmaların dəstəklənməsi, innovativ proqramlar üzrə qrantların verilməsi, sahibkarların bilik və bacarıqlarının artırılması kimi işləri qeyd edə bilərik”.



Xəbərin oxunma sayı : 1255




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap