Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Siyəzən broyler” və “Avrora” dindarları aldadır” – “Halal” nişanından qanunsuz istifadə

Tarix 12.12.17, 5:05

Font ölçüsü : - / +
bitmap-img6


“Siyəzən broyler” və “Avrora” şirkətləri “AzeSERT HALAL” MMC-yə məxsus “HALAL” nişanından istifadə edir. “AzeSERT HALAL” MMC bu addımı qanunsuz hesab edir. 

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, “Siyəzən broyler” və “Avrora” firması dindarları aldadır, dövlətin qanunlarını pozur. E.Hüseynov “AzeSERT HALAL” MMC-dən “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) daxil olan məlumatlar haqda informasiya verib.

Bildirib ki, müəssisələrdə istehsal olunan məhsulların “Halal” qaydalara uyğun sertifikatlaşdırılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələrdə istehsal olunan məhsullara “Halal” uyğunluq sertifikatı verilməyib:

“AzeSERT HALAL” tərəfindən ticarət dövriyyəsində “Siyəzən Broyler” ASC tərəfindən istehsal olunan broyler cücə əti və “Avrora” firmasının istehsalı olan “Rosko” əmtəə nişanlı kolbasa məmulatlarının markalanması və reklamında qeyri-qanuni olaraq AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) “Halal Qida” Dövlət Standartı. Ümumi tələblər”, AZS 386-2012 “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar”ına uyğun sertifikatlaşdırılmadan “AzeSERT HALAL” MMC-yə məxsus “HALAL” nişanından istifadə olunduğu aşkar edilib. “AzeSERT HALAL” MMC”dən bildirilib ki, dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq,“Siyəzən Broyler” ASC-ti və “Avrora” firması istehsal olunan məhsulların qeyd edilən standartın tələblərinə təkrar uyğunluğunun qiymətləndirilməsinin aparılmasından yayınaraq “HALAL” nişanından qeyri-qanuni istifadəsini davam etdirib”.

Bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən istehsalçı istehlakçıya keyfiyyəti normativ sənədlərə və məhsul (iş, xidmət) haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun mal verməlidir:

“AzeSERT HALAL” MMC-dən bildirilib ki, akkreditə edilmiş sertifikaltlaşdırma orqanının nişanının qeyri-qanuni və icazəsiz məhsulun üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi, istehlakçıların və müvafiq qurumların yanlış məlumatlandırılmasına səbəb olur və eyni zamanda müəssisəmizin nüfuzuna mənfi təsir göstərir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaya görə məsuliyyət nəzərdə tutulub. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əmtəə nişanlarından qanunsuz istifadə edilməsinə görə inzibati məsiliyyət nəzərdə tutulub”.Cebhe.info



Xəbərin oxunma sayı : 499




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap