Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Rusiya Ermənistan - Azərbaycan münasibətlərinə dair üçtərəfli razılaşmaları alternativsiz hesab edir” - Peskov

Tarix 14.05.23, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Moskva hesab edir ki, üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında nizamlanma üçün alternativsiz əsas olaraq qalır.

Bunu bazar günü Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.

“Əlbəttə, müəyyən həssas məqamlar var. Rusiya iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərə tam riayət edir. Biz bu mövqedən çıxış edirik ki, həmin sənədlər hələ də nizamlanma üçün alternativsiz əsasdır. Nizamlanmaya nail olmaq üçün biz məhz bu razılaşmaları yerinə yetirmək yolu ilə getməliyik”, - Kremlin sözçüsü jurnalist Pavel Zarubinin Rusiya və Ermənistan arasında qarşılıqlı fəaliyyətlə bağlı suallarını cavablandırarkən vurğulayıb.

Eyni zamanda, o, əmin edib ki, ümumilikdə Moskva və İrəvan arasında “mütərəqqi tərəfdaşlıq əlaqələri” hələ də inkişaf edir.
“Bu, dərin tarixi kökləri olan xüsusi əlaqələrdir. Əminik ki, onların parlaq gələcəyi var”, - Peskov bildirib.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 388




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap