Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ərinin pulunu xərcləyən qadın polisə yalan danışdı: Maskalı şəxs...

Tarix 05.08.22, 11:44

Font ölçüsü : - / +
bitmap-img6


Tovuzda polisə yalan danışan şəxs ifşa olunub.

Bu barədə oxu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirərək 35.000 manat pulu və ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi və evi yandırmağa cəhd etməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsinin baş vermədiyi, vətəndaş S. Süleymanovanın uzun müddət ərzində həyat yoldaşına məxsus pulu xərclədiyi üçün yalan məlumat verdiyi məlum olub. 

Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, 2.743 manat, 900 ABŞ dolları və 7500 rus rublu maddi sübut kimi aşkar edilərək götürülüb”.



Xəbərin oxunma sayı : 469




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap