Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Rəqib özü dedi ki, həmin epizod penalti idi“ - Qurban Qurbanov

Tarix 09.09.22, 9:16

Font ölçüsü : - / +
bitmap-img6


“Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin I turunun “Frayburq”la səfər matçından sonra mətbuat konfransına qatılıb. Qurbanov oyun barədə fikirlərini açıqlayıb: “Çalışırdıq ki, maksimum dərəcədə rəqibin üzərinə gedək. İlk 10-15 dəqiqədə belə penaltinin verilməsi istər-istəməz futbolçularda həyəcan yaratdı. Get-gedə matçı ələ almağa çalışdıq. Oyuna düzgün müdaxilələr oldu. Futbolçular çox yaxşı təsir bağışladılar. Baxmayaraq ki, Bundesliqanın liderinə qarşı oynayırdılar. Futbolçularda matçdan-matça təcrübə, inam çoxalır. Qarşıdakı görüşlərə hazırlaşacağıq. Bir addım irəli getmək üçün nə qədər imkanımız varsa, maksimum istifadə edəcəyik. Bugünkü oyuna futbol bayramı deyə bilərdik. Azarkeşlər çox məmnun qaldılar. Rəqibi və baş məşqçisini təbrik edirəm”.

Qurbanov “Qarabağ”ın qapısına təyin olunan erkən penalti və komandanın lehinə verilməyən 11 metrlik cərimə zərbəsi haqda fikirlərini bildirib: “İndi nə desək, faydası olmayacaq. Belə matçlarda rəqibə belə penalti verilirsə, bu, bizim üçün xoş deyil. İkinci hissədə bizim lehimizə təyin olunmayan penaltiyə gəlincə, mən təkrara baxmamışam. Amma rəqib müdafiəçisi özü dedi ki, həmin epizod 100 faizlik penalti idi. Belə komandalara qarşı kiçik epizod da oyuna təsir edir. Lakin deyəcək söz yoxdur. İnanırıq ki, qarşıdakı görüşlərdə daha diqqətli olacaqlar. Bu, bizi ruhdan salmayacaq. Gələcək üçün planlarımız var. Komanda bir az böyüsün, futbolçuların təcrübəsi artsın. Ola bilərdi ki, 3, 4 ya 5 qol buraxaq. Amma rəqibdən çəkinməmək ruhunu futbolçularımıza qaytarmalıyıq. İndi pis deyil, yaxşıya doğru irəliləyirik. Hakimin qərarlarına isə müdaxilə edə bilmərik”.

Mütəxəssis penalti “qazanan” və ikili mübarizələrdə uduzan Toral Bayramovun daha tez əvəzlənməməsinə də münasibət bildirib: “Onun faydalı iş əmsalının aşağı olduğunu deyə bilmərəm. Penalti epizodunda futbolçunu qınayacaq bir şey yoxdur. Futbol mübarizədir. Toral mübarizədə qalib gəlirsə, penalti “qazansa” belə sevinirəm. Onun da təcrübəsi artacaq. Penalti epizoduna da baxmaq lazımdır ki, var idi, ya yox. Bilmədiyiniz elementlər var ki, Torala tapşırıqlar verilmişdi. Bir epizoda görə qiymət vermək olmaz. Sürətli komandaya qarşı oynayırdıq. Futbolçular inkişaf etməlidirlər. Hər oyunçunu tez əvəzləsək, onda özünə inamsızlıq yarada bilər. Toralın zəif oynaması ilə razı deyiləm, fərqli fikirdəyəm”.

Qurbanov Filip Ozobiçin start heyətində olmamasına da toxunub: “Belə bir heyət düşündüm. Hər şey qaydasındadır. Bu, mənim qərarımdır”.

Mütəxəssis rəqib həmkarı ilə dialoqundan da söhbət açıb: “Oyundan sonra dedik ki, Bakıda görüşərik. O da paytaxtımıza səfərin maraqlı olacağını dedi. Ştrayx yaxşı komandamızın olduğunu bildirdi. Mən də ona yaxşı işlər gördüyünü dedim və uğurlar arzuladım”.

Təcrübəli mütəxəssis əvəzetmələrlər oyuna müdaxilələrin gec olması barədə sualı da cavablandırıb: “Futbol elə bir oyundur ki, fikirlər müxtəlif ola bilər. Biz həmin dəqiqələrdə müdaxiləni daha düzgün hesab etdik. Belə bir rəqiblə görüşdə heyətləri müqayisə etsək, onlar kimi gücləndirə bilmərik, onların imkanları 10 dəfə çoxdur. 20 eyni səviyyədə futbolçu saxlamaq asan deyil. Amma bəzi futbolçularımızı o səviyyəyə gətirə bilərik. Bizim də məqsəd odur ki, 4-5 oyunçumuzu o səviyyəyə çatdıraq. Onları aşağı liqadan götürmüşük, amma yaxşı səviyyəyə çatıblar. Hər şeyə - ümumi futbola, inkişafa real baxmalıyıq. Bacardığımız qədər səhv etməməyə çalışırıq. Mən də istərdim ki, bütün klublarımızın imkanları 10 dəfə çox olsun. Onda biz daha rahat, daha yaxşı çıxış edə bilərik”.

Qurbanov statistik göstəricilərdə rəqibi üstələmələri haqda da danışıb: “Statistika futbolda çox mühüm elementdir. Bu, futbolçuya inam verir. Mən də çox önəm verirəm. Bunu bacarırıqsa, keyfiyyəti daha da artıra bilərik. Bunu gözləyib və ya gözləmədiyimə yox deməyəcəm. Çünki həmişə futbolçularımı buna inandırmağa çalışıram. Özlüyümdə rəqibi daha üstün sayırdım, qiymətləndirirdim. Səfərdə oynayırdıq. Digər tərəfini düşünürdüm ki, bizdən iki baş üstün ola bilərlər. Güclü rəqib olsa da, inanırdıq ki, bacararıq”.

Qeyd edək ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Xəbərin oxunma sayı : 1123




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap