Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğanla Putin Ukraynanı müzakirə etdi

Tarix 29.09.22, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, iki lider Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri müzakirə edib.

Danışıq zamanı Prezident Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə imzalanan İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.

Bundan əlavə, noyabrda başa çatacaq taxıl daşınmasına dair sazişin uzadılmasında ortaq maraqların olduğunu bildirib.

Türkiyə Prezidenti Rusiya gübrələrinin və taxıl məhsullarının da fasiləsiz ixracı üzərində işlərin getdiyini bildirib.

Prezident Ərdoğan, daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının vacib olduğunu bildirib.

Türkiyəli lider xüsusilə də Ukraynanın bəzi bölgələrinin Rusiyaya birləşdirilməsi məsələsində asanlaşdıracaq addımların atılmasının Vladimir Putindən gözlədiyini vurğulayıb.

Ərdoğan Rusiya Prezidenti Putindən danışıqlara bir şans verilməsini istəyib və bu prosesdə asanlaşdırıcı rol oynamağa hazır olduqlarını qeyd edib.



Xəbərin oxunma sayı : 478




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap