Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərdoğanın mükəmməl qələbəsi - Türkiyə lideri Nobel Sülh Mükafatı ala bilər

Tarix 31.07.22, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Sabah - avqustun 1-dən Ukrayna taxılının dünya bazarına qayıdışı başlayır. Söhbət keçən ildən qalan 20 milyon ton buğdadan gedir. Bu, bir yandan müharibə aparan Ukrayna üçün əlavə milyardlar deməkdirsə, digər yandan Afrika və Asiyanın bir sıra yoxsul ölkələrinin əhalisinin labüd aclıqdan qurtulmaq şansıdır.

Bəllidir ki, proseslərin belə pozitiv axara düşməsində Türkiyənin, özəlliklə onun lideri Rəcəb Tayyib Ərdoğanın inadlı səyləri misilsiz və həlledici rol oynayıb. Qardaş ölkənin Rusiya ilə də, Ukrayna ilə də normal münasibət saxlayan yeganə NATO ölkəsi, qüdrətli dövlət olması faktı da öz işini görüb. Bir daha aydın olur ki, rəsmi Ankaranın Ukrayna böhranı ilə bağlı tutduğu balanslı mövqe tam doğrudur və hətta bəşəriyyətin xeyrinə işləyir.

imza-taxil342.jpg (176 KB)

Bunu deyəsən yavaş-yavaş qısqanc Qərbdə də anlamağa başlayıblar. Hətta uğurlu "buğda diplomatiyası"na görə Ərdoğanı Nobel Sülh Mükafatına layiq bilən "beyin mərkəzləri" də var.

Belə ki, Musavat.com-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri Dov S. Zakheym Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna taxılının ixracı və immiqrasiya sahəsindəki siyasi uğurlarına diqqət çəkərək, onun Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiq olduğunu bildirib.

Müxtəlif "beyin mərkəzləri"ndə işləməyə davam edən Zakheym bu barədə "The Hill" qəzetində "Türkiyə prezidenti Ərdoğan qalib gəlir" başlıqlı məqalə yazıb.

Müəllif məqaləsində vurğulayır ki, Türkiyə prezidenti bəzi siyasətçilər tərəfindən "proqnoz edilməyən" kimi səciyyələndirilir, lakin buna baxmayaraq, Ərdoğan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edərək, Qara dənizdən taxıl ixracı məsələsində Rusiya və Ukrayna arasında kompromis əldə edib. "O, Ukrayna limanlarından taxılın dünya bazarına çatdırılmasına icazə verən razılaşmada vasitəçilik etməyi bacardı", - deyə Dov S. Zakheym vurğulayıb.

taxil_anlasmasi.jpg (47 KB)


Zakheym qeyd edib ki, Ukraynadakı vəziyyət nəticəsində dünyada milyonlarla insan aclıq təhlükəsi ilə üzləşib: "Bu, kütləvi itkilərə gətirə bilərdi. Rusiya isə İstanbulda imzalanmış taxıl daşınmasına dair müqavilə sayəsində yenidən həm də ərzaq və gübrə ixrac edə bilər. Bu razılaşma bir çox insanın həyatını xilas etdi".

Prezident Ərdoğanın İstanbulda taxıl müqaviləsinin imzalanmasındakı roluna görə tərifləndiyinə diqqət çəkən müəllif (ABŞ hökuməti də razılaşmanın əldə olunmasında Ankaranın rolunu alqışlamışdı - red.) əlavə edib: "Şübhəsiz ki, taxıl müqaviləsi Türkiyə prezidenti üçün böyük bir qələbədir".

Prezident Rəcəb Tayyib Ərdoğanın həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlamaqla mümkünsüzü mümkün etdiyini vurğulayan Zakheym məqaləsini bu cümlə ilə bitirir: "Ərdoğan ən azı Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir".



Xəbərin oxunma sayı : 889




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap