Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İranlı məmur qadınlarla rəqs etdiyinə görə həbs olunub –Məşhəddə

Tarix 20.04.18, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


İranda Mədəniyyət Nazirliyinin rəsmisi Məşhəd şəhərində kişilərlə qadınların birgə rəqs etməsinə görə həbs olunub. Rəsmi məlumat aprelin 19-da yayılıb.

Prokuror müavini Həsən Heydəri ədliyyə sisteminin Mizanonline xəbər agentliyinə deyib ki, Məşhəddəki şəriət departamentinin rəhbəri “ictimai əxlaqa zərbə vurmaq və qanunlara göstərilən sayqısızlığa” görə saxlanıb. Aprelin 17-də keçirilmiş tədbirin videosunda bir müğənninin isə ifa etdiyi, gənc kişi və qadınların rəqs etdiyi görünür. Məşhəddəki mühafizəkarla videoda qəzəblənərək tədbirə icazə verənlərin cəzalandırılmasını istəyib. Şəriət İranda ictimai rəqsi, qohumluq bağlı olmayan kişilərlə qadınların bir arada olmasını yasaqlayır.

Tədbirin keçirildiyi ticarət mərkəzinin sözçüsü Möhsün Əfşar yarırəsmi ISNA agentliyinə deyib ki, müştəri cəlb etməkdən ötrü aylıq lotereya keçirilir, qalibə maşın hədiyyə olunur.

Əfşarın sözlərinə görə, müğənninin də “ifa üçün rəsmi icazəsi” olub. Di gəl, Heydəri mühafizəkarların Tasnim xəbər agentliyinə deyib ki, ticarət mərkəzinin bu cür tədbirlər keçirmək səlahiyyəti olmayıb.

Məşhəd mühafizəkar şəhərdir, sərt xətt tərəfdarları əvvəllər burada keçirilən konsertləri pozub, qadağan edib. Şəhərdə cümə moizələrini aparan Ayətullah Əhməd Allamolhoda musiqisevərlərə “Başqa yerə gedin” mesajını verib.

Bu arada İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli başqa bir bəyanat yayıb. O, sosial mediada yayılmış bir videonun “hərtərəfli” araşdırılmasını xahiş edib. Videoda gənc qadının azı bir qadın əxlaq polisi əməkdaşı tərəfindən pis rəftara məruz qaldığı iddia olunur. Həmin qadın Tehranda parkda saçını lazımi səviyyədə örtməməkdə ittiham olunub.

Qadınlar və ailə məsələləri üzrə vitse-prezident Məsumə İftixar Tvitterdə yazıb ki, polisin bu qadına qarşı davranışı “əsaslandırılmayıb”. İranda qadınlar ictimaiyyət arasında saçlarını örtmədiklərinə görə həbs oluna bilərlər. Son aylar ölkədəki sərt geyim kodeksinə qarşı çıxaraq hicabını atan onlarla qadın saxlanıb. (Azadlıq Radiosu)



Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap