Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Radikal ermənilərin hərəkətləri qəbuledilməzdir“ - Ceyhun Bayramov

Tarix 30.04.21, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


"Radikal ermənilər tərəfindən bir neçə gün əvvəl Los-Ancelesdə törədilmiş insidentlər qəbuledilməzdir və günahkarlar cəzalandırılmalıdır".

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Xarici işlər naziri Los-Ancelesdəki mitinqdə Azərbaycan bayrağına bükülmüş mankeni yandıran radikal ermənilərin qəbuledilməz hərəkətləri barədə xatırladıb: “Bu, on illərdir qurulan, təbliğ edilən və ermənilərin bütün dözümsüzlüklərini göstərən ideologiyadır”.

O, ermənilərin əlləri qan içində olan faşizm tərəfdarlarına abidələr ucaltmağa davam etdiyini xatırladıb və bunun “uzun illərdir davam edən mənfi tendensiya” olduğunu bildirib.

“Bir neçə gün əvvəl daha bir qəbuledilməz insident – Mahatma Qandinin Yerevandakı abidəsinə qarşı vandalizm baş verib. Sual budur: Qandinin günahı nədir?”, – nazir əlavə edib.

Azərbaycan xarici işlər naziri deyib: “Hesab edirəm ki, erməni cəmiyyəti bu ideologiyadan nə qədər tez əl çəksə, onlar üçün bir o qədər yaxşı olacaq. Gələcəyə baxmaq lazımdır, orada yaşayan insanlar bunu nə qədər tez başa düşsələr, onlar üçün və bölgə üçün bir o qədər yaxşı olacaq”.



Xəbərin oxunma sayı : 910




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap