Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Qaz potensialımıza dair böyük gözləntilər var” - Azərbaycan Prezidenti

Tarix 13.12.22, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda “Şahdəniz” qaz-kondensat yatağında dərində də qazma işləri aparılır.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Coun Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində bildirib.

Onun sözlərinə görə, bu, çox maraqlıdır: “Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, əsl vaxtında olacaq: “Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək”.

Dövlət başçısı qeyd edib ki, praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq olub: “Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir”.



Xəbərin oxunma sayı : 1027




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap