Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işi açılıb - Iddia

Tarix 24.02.18, 3:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan müstəqillik əldə etdikdən sonra  xeyli sayda  vətəndaşımız  sözün həqiqi mənasında  milyonçuya çevrilərək  zəngin həyat sürürlər. Buna sevinmək lazımdır. Çünki  böyük  türk  şairi  Hazim Hikmət demişkən, “biz  zənginliyin bərabərliyindən danışırıq”. 



… Kommunist  olan Nazim Hikməti bir gün  türk polisi həbs etməyə gəlir və şairi qu tükündən döşəyin üstündə uzanmış  görən polis deyir: “ Şair, siz kommunistlər bərabərlikdən danışırsınız. Sən burda qu tükündən döşəyin üstündə dincəlirsən, amma sənin partiya yoldaşlarını həbsxanada  bit-birə basıb yeyir”. 
Şair  gülərək deyir: “Komutan sağ olsun, biz zənginliyin bərabərliyindən danışırıq, bit-birənin yox”. 



Doğrudan da, vətəndaşlarımızın  zəngin olması hər birimiz üçün  sevindiricidir. Amma…
Bəli, amması odur ki, bu zənginliyin, bu milyonların arxasında halallıq, zəhmət dayanır, yoxsa..? 
Əgər  bu milyonların  altında oğurluq, rüşvət, korrupsiya, qadın alveri, narkotik satışı, vergidən yayınma, dələduzluq  və s kimi şübhələr və cinayət əməlləri dayanırsa, buna necə sevinmək olar. Əksinə belə “zənginlik”  cəmiyyət üçün çox təhlükəlidir. 



Son illər  Azərbaycanda qısa vaxtda  zənginləşmişlərdən biri də Əli Mirzəyevdir. Bu şəxs  Qardaşlar Mebel-3 şirkətinin təsisçisi və  50 faiz  payın sahibidir. Onun əmlakı  təkcə bundan ibarət deyil. 
Əli Mirzəyevin Həsən Əliyev küçəsindəki  4  mərtəbəli Nömrə -1 Tədris mərkəzi, məşhur Tarqovıda yerləşən “Coffeaphore”  kofe evi, Binəqədi  rayonu, Biləcəri qəsəbəsində yerləşən Mebel fabriki  və daha nələr…
Görəsən, Əli Mirzəyev  az vaxtda bu qədər əmlaka necə sahib olub ?
Bəlkə xəzinə tapıb ? 
Bəlkə babasından miras qalıb ? Bəlkə…
Deyəsən hüquq-mühafizə orqanları  bu bəlkənin izinə düşüb. 



NUH.az-a daxil olan məlumata görə, 2017- ci ildə etibardan sui istifadə etməklə xüsusilə  külli miqdarda pul vəsaitini ələ keçirməyə görə Əli Mirzəyev barəsində Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə cinayət işi başlanıb. 

Yeri gəlmişkən, Milli Məclis ötən il bu maddəni sərtləşdirib: “178.4. Bu məcəllənin  178.1-178.3-cü maddələrində nəzərdə  tutulmuş əməllər xüsusuilə külli miqdarda ziyan vurmaqla törədildikdə  10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. 



Daxil  olan digər  məlumata görə, hətta Əli Mirzəyevin ölkədən çıxışına  qadağa  qoyulub. Hazırda  Əli Mirzəyevin şəriki  olan qardaşları barədə də araşdırma gedir  və xeyli ciddi məlumatlar  ortaya çıxıb. 
Problemin  ictimai təhlükəli olduğunu nəzərə alaraq məsələni mətbuatın gündəmində saxlamaqda  və hətta  məhkəmə  çəkişməsinə  qədər davam etməkdə qərarlıyıq.   

Qarşı tərəfin mövqeyini  dərc etməyə  hazırıq.









Xəbərin oxunma sayı : 973




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap