Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ Aqrar Senaye” kompleksindən mənimsənilən pullar sələmə verilir? - 32 milyonluq maxinasiya

Tarix 19.10.17, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ən böyük aqrar sənaye rayonlarından olan Bərdədə 32 milyon manat havaya necə sovruldu?

Neft pullarının ölkəyə güclü axınından sonra ölkədə total olaraq sahibkarlığın inkişafı geniş vüsət aldı. Orta həcmli fabriklər, yüngül sənaye zavodları ilə yanaşı, bir sıra iri həcmli sənaye kompleksləri də yaradıldı. Yeni inşa olunan müəssisələrə dövlətin birbaşa maddi yardımı ilə yanaşı, bütün bürokratik əngəllər də aradan qaldırıldı. Təkcə 2005-2012-ci illər ərzində Azərbaycanda orta sahibkarlığın inkişafına 14 milyard manatdan artıq vəsait sərf olundu. Sərf olunan vəsaitlərin 70 faizdən çoxu dövlət büdcəsi hesabına olub. 
Ancaq təəssüflər olsun ki, milyardların ölkəyə axdığı bir dövdrdə bəzi məmurların bacarıqsızlığı, daha doğrusu şəxsi mənafeləri naminə milyonlarla dəyəri olan bəzi iri miqyaslı layihələr iflasa uğradı. Dövlətin bu kimi layihələrə ayırdığı milyonlarla vəsait təyinatı üzrə xərclənmədi. 
Milyonların, daha dəqiqi 32 milyon manatın havaya sovrulduğu, mənimsənildiyi layihələrdən biri də  Sahibkarlığa Kömək Milli fondunun maddi dəstəyi hesabına Bərdə rayonunda tikilmiş “Qarabag Aqrar Sənaye” kompleksidir. 

AzFakt.com-un internet media üzərindən apardığı araşdırmalar zamanı əldə etdiyi məlumata görə, Bərdə rayonunun maldarlıqla məşğul olan ən böyük kəndlərindən biri olan Mehdili kəndinin 35 hektarlıq ümumi otlaq sahəsi “Qarabag Aqrar Sənaye” kompleksinin tikintisi zamanı qeyri-qanuni olaraq kompleksin rəhbəri Vahid Rzayev və Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən zəbt olunub. Əvəzində isə kənd sakinlərinə heç bir kompensasiya verilməyib. Halbuki, məlumata görə, layihənin icrası zamanı ərazinin alınması üçün 3 milyon manat ayrılması nəzərdə tutulubmuş. Belə ki, nəzərdə tutulan 3 milyon manata indiki Mehdili kəndinin otlaq sahəsi yox, Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində 400 hektar torpaq alınaraq komplkeksin tikintisi üçün istifadəyə verilməli imiş. Ancaq Vahid Rzayevlə Vidadi İsayevin maxinasiyası nəticəsində “Qarabag Aqrar Sınaye” kompleksi indiki uyğunsuz yerində inşa edildi. 
Saytımızın apardığı araşdırma nəticəsində məlum oldu ki, dövlətin 32 milyon manat vəsaiti hesabına ərsəyə gəlmiş “Qarabag Aqrar Sənaye” kompleksi hal-hazırda iflas durumundadır. Belə ki, məlumata görə, hazırda ümumi olaraq 600 başa yaxın heyvanın saxlanıldığı kompleksde halbuki 6000 başa yaxın südlük və ətlik heyvan bəslənməli idi. Bundan əlavə olaraq kompleksin yerləşdiyi ərazi də müəsisə üçün tam uyğunsuzdur. Belə ki, Beyləqan-Yevlax magistral yolunun kənarında inşa edilən kompleksin inkişafı üçün ətrafında 1 metr boş torpaq sahəsi yoxdur. Müəssisənin inkişafını kompleksin önündən keçə magıstral və Yuxarı Qarabag kanalı, arxadan isə “şor kanal” əngəlləyir.  Məlumatda deyilir ki, son dəfə kompleksə gələn kənd təsərrüfatı naziri Heydər Əsədov da buradakı vəziyyətin bərbadlığını, ərazinin kompleksə görə çox kiçik olduğunu Vidadi İsayevin nəzərinə çatdırıb. Vidadi İsayev isə “Qarabag Aqrar Sənaye” kompleksinin böyründə Vaqif adlı şəxsə məxsus olan fermanın ərazisini də nazirə kompleksin ərazisi kimi təqdim edib. Ancaq Heydər Əsədovun buna inanmadığı deyilir. 

Mənimsənilən milyonlar sələmə verilir?

Vidadi İsayevin paytaxtdan gələn hökumət nümayəndələrinə işgüzar işadamı kimi təqdim etdiyi Vahid Rzayev “qara işlərlə” də məşğul olduğu haqda məlumatlar dolaşmaqdadır. Ötən günlərdə mətbuatda yayılan bir informasiya Vahid Rzayevlə Vidadi İsayevin “Qarabag Aqrar Sənaye” kompleksinin tikintisindən mənimsənilən milyonlara az da olsa “işıq saldı”. Bərdə rayonunun Mehdili kənd sakinləri Salmanzadə Şahin və Həsən Sadıqov tərəfindən Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış şikayət məktubunda Vahid Rzayevin kriminal əlaqələrindən, müflis olmuş iş adamı Şahin Salmanzadənin və Həsən Sadıqovun maşınlarına tiryək qoyulmaqla hədələnməsi barədə məlumat gedib. Ölkə rəhbərliyinə ünvanlanan həmin məktubda iddia olunur ki, Vahid rzayevin bu təhdididndən sonra iş adamları ölkədən Rusiyaya qaçıb. Ancaq bu da iş adamının harayına çatmayıb. Belə ki, ölkədən Rusiyaya gedən kriminal dəstə Həsən Sadıqovdan Rusiyada 400 min manat alıblar. 

Saytımızın əldə etdiyi məlumata görə, Vahid Rzayev “qarabag Aqrar Sənaye” kompleksinə rəhbərlik etməklə yanaşı həm də, rayondakı sahibkarla aşağı faizlərlə böyük məbləğlərdə pul verir. Ehtimal olunur ki, milyonlarla dövriyyədə olan bu pullar kompleksin tikintisi zamanı mənimsənilən və Vidadi İsayevində şərik olduğu pullardı.

Yazıda qeyd etdiyimiz məsələlərlə bağlı  Bərdə rayon icra hakimiyyətinin münasibətini örgənməyə çalışsaqda heç bir cavab ala bilmədik. 

Araşdırmalarımız davam edir.



Xəbərin oxunma sayı : 784




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap