|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Qarabağ” qladiatorlar ailəsidir” - Kevin Medina
Tarix 31.07.22, 21:45 |
|
“Sürix”–“Qarabağ” oyununun dramatik anlarından biri Kevin Medinanın ağlayaraq meydanı tərk etdiyi epizod idi. Kolumbiyalı müdafiəçinin zədəsinin ağır olduğu və ən azı bir ay meydanlardan kənar qalacağı bəllidir.
Sports.az “Qarabağ”ın aparıcı simalardan biri ilə müsahibəni təqdim edir.
- Kevin, zədələnəndən sonra ağlamağın hamını təsirləndirdi. Həmin an hiss etdin ki, ağır zədədir?
- O epizodda tullanandan sonra zədələndiyim yerdə nəyinsə sındığını duydum, hətta, o səsi eşitdim. Yerə endikdən sonra dəhşətli bir ağrı his etdim. Ayağa duranda kəskin ağrı var idi, çox ağrıdırdı həqiqətən. Həmin anda səhv etmirəmsə, Maksim Medvedev mənə dedi ki, hissənin bitməsinə 5 dəqiqə qalıb. Bütün ağrılara baxmayaraq, ən azı həmin 5 dəqiqəni meydanda qalmaq istəyirdim. Buna cəhd edib meydana qayıtdım, amma ağrı imkan vermədi...
Əslində, göz yaşlarım ağrıya görə deyildi. Həm hesabda geridə idik, həm də hər bir futbolçu kimi Çempionlar Liqasının qrupunda oynamaq mənim də arzumdur. Bunun üçün mərhələ keçməli idik. Çox önəmli, çətin və məsuliyyətli məqam, ağır oyun idi. Məhz həmin anda yaşananlardan sonra özümü komanda yoldaşlarımı yarıyolda qoymuş kimi hiss edirdim. Kömək edə bilməyəcəkdim... Gözyaşlarım da daha çox buna görə idi.
- Komanda yoldaşların zədəndən sonra sanki, həm də sənin əvəzinə döyüşməyə başladı. “Sürix”i keçməyiniz az da olsa əhvalını düzəltdi?
- Doğrudur, komanda yoldaşlarım əsl qəhrəmanlıq, şücaət göstərdilər. Mən zədədən sonra meydana daxil olub oyuna davam etmək istəyəndə və bunu bacarmayıb yerə uzananda Abdulla Zubir yaxınlaşıb “narahat olma, bu oyunu sənin üçün udacağıq” dedi.
Komandaya kömək etməyəcəyimi anlamaq məni çox üzürdü. Sonradan həm Zubirin bu sözləri, həm kollektivimizin əsl mübarizlik nümayiş etdirməsi məni bütün ağrılarıma rəğmən sakitləşdirdi və kənardan dəstək olmağa başladım. Mərhələ keçməyimizə çox sevindim, amma komanda yoldaşlarıma kömək edə bilməyəcəyimə görə də üzgünəm.
- İndi özünü necə hiss edirsən?
- Pis hiss etmirəm. Amma komandama kömək edə bilməməyim dediyim kimi məni məyus edir. Cərrahiyyə əməliyyatı keçirməliyəm. Bunu Almaniyada etməyi düşünürük. Bərpa prosesini isə Portuqaliyada keçməyi planlaşdırırıq. Məndən olsa əməliyyatdan sonra birbaşa Portuqaliyaya gedib bərpa prosesinə başlayaram ki, mümkün qədər tez sağalım.
- Bakıda şəhərə çıxanda səni tanıyırlarmı? İsveçrədən gələndən sonra tanımadıqların adamlardan dəstək verənlər oldumu?
- Sizin vasitənizlə bütün Azərbaycan xalqına mənə saysız-hesabsız mesajları ilə mənəvi dəstək verdikləri üçün təşəkkürümü bildirirəm. Hamımız insanıq. Belə həssas məqamlarda deyilən hər xoş söz adama həddindən artıq yaxşı təsir edir, mənəvi dəstəyə böyük ehtiyac duyulur. Buna görə də, məni unutmayan hər kəsə bir daha təşəkkürümü bildirirəm. Ümumiyyətlə, şəhərə çıxanda həmişə insanların xoş münasibəti ilə qarşılaşıram, şəkil çəkdirmək istəyənlər olur, bir-birimizi dil məhdudiyyətinə görə bəzən anlamasaq da, qısa da olsa ünsiyyət qurmağa çalışırıq. Bu məni çox sevindirir.
- Komandanı Macarıstan çempionu ilə çox ağır oyunlar gözləyir. Bu qarşılaşmalar haqda nə düşünürsən?
- Əvvəlcə Polşa, sonra İsveçrə, indi də Macarıstan çempionu... Həddindən artıq ciddi rəqibdi. Bəlli ideyaları olan, nə istədiklərini bilən komandadı. Çox ciddi yanaşmalıyıq. Harda olmağımdan asılı olmayaraq ürəyim komandamladı. Klubuma, baş məşqçimə, futbolçularımıza inanıram. Rəqibə də maksimum hörmətlə yanaşırıq. Bununla belə, komandama güvənirəm ki, bu mərhələni də keçməyi bacaracağıq. Mən “Qarabağ”a “qladiatorlar ailəsi” deyirəm. Burada hamı qladiatorlar kimi döyüşür. Şübhəm yoxdu ki, “Ferentsvaroş”la oyunlarda da qladiatorlar kimi döyüşəcəklər və rəqib üçün heç də asan olmayacaq. Əminəm ki, bu rəqibi də mübarizlik, əzmkarlıq, xarakter hesabına və gözəl oyunla keçəcəyik.
- Klubunu dəstəkləmək üçün Macarıstana gedəcəksənmi?
- Bu haqda konkret bir şey deyə bilmərəm. Böyük ehtimalla Macarıstana getməyim alınmayacaq. Çünki, mümkün qədər tez əməliyyat olunub sıraya qayıtmaq istəyirəm. Məndən olsa elə indi əməliyyata girərəm. Bakıdakı oyunda mütləq komandanın yanında olub dəstəkləyəcəm. Amma Macarıstana getməyim qəliz məsələdi. Bir daha vurğulayım ki, mümkün qədər tez əməliyyat olunmaq istəyirəm. Çünki, “Qarabağ”da oynamaq məni xoşbəxt edir. Futbol oynamasam o xoşbəxtliyi başqa heç nədə tapa bilmirəm. Buna görə də tez bir zamanda əməliyyat olunub, bərpa prosesi keçib komandanın düşərgəsinə qayıtmaq istəyirəm.
Xəbərin oxunma sayı : 1204
İdman
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV