Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ“ Almaniyada “Frayburq“a məğlub oldu - VİDEO

Tarix 09.09.22, 1:02

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Avropa Liqasında qrup mərhələsinin oyunları start götürüb.

Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olub.

"Europa-Park" stadionunda baş tutacaq qarşılaşmaya fəal başlayan meydan sahibləri 15-ci dəqiqəyə kimi biri penaltidən olmaqla, 2 qol  vurub. Ancaq qolların şokundan ayılan "köhlən atlar" fasiləyə qədər fərqi minimuma endirməyi bacarıb. Veşoviç fasilə ərəfəsində almaniyalıların qapısına yol tapıb. İkinci hissədə də üstün oyun sərgiləyən və ərazi üstünlüyünə sahib olan "Qarabağ" məğlubiyyətdən qurtulmaq üçün bir neçə qol imkanı əldə etsə də, bunlardan yararlana bilməyib.

Beləliklə, təmsilçimiz AL-in qrupunda mübarizəyə minimal hesablı məğlubiyyətlə başlayıb - 1:2. 

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"una 2:1 hesabıyla qalib gəlib.

UEFA Avropa Liqası

G qrupu, I tur

8 sentyabr

"Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 2:1 
Qollar: Vinçentso Qrifo, 7-pen., Ritsu Doan, 15 - Marko Veşoviç, 39





Xəbərin oxunma sayı : 1189




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap