Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“PAŞA Bank”ın valyuta əməliyyatlarından gəliri azalıb – Manatın məzənnəsi sabitləşdiyi üçün

Tarix 16.10.18, 12:30

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin sonuna “PAŞA Bank” ASC-nin konsolidə olunmuş (Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə) aktivlərinin 4,7 mlrd. manat təşkil edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev yarımillik maliyyə göstəriciləri ilə keçirilən mətbuat konfransında məlumat verib.

“Konkret olacaq Azərbaycandakı aktivlərdə 50-100 mln. manatlıq artım proqnozlaşdırılır”, – deyə o, qeyd edib.

B.Nağıyevin sözlərinə görə, “PAŞA Bank”ın kredit portfelinin isə ilin sonuna 1,3 mlrd. manata yüksələcəyi proqnozlaşdırılır. Hazırda bu rəqəm 1,2 mlrd. manatdır.

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixinə konsolidə edilmiş maliyyə hesabatına əsasən “PAŞA Bank”ın cəmi aktivləri və kredit portfeli illik müqayisədə 24% artaraq müvafiq olaraq 4 469,931 mln. manata və 1 566,498 mln. manata yüksəlib. Bank kreditlərin 35%-ni ticarət və xidmət sektoruna verib. Hesabat dövründə “PAŞA Bank”ın cəmi kapitalı isə 14% artaraq 542,821 mln. manata çatıb.

Bankın aktivlərinin gəlirliyi son 1 ildə 3,4%-dən 1,8%-ə, kapitalının gəlirliliyi isə 21,7%-dən 13,9%-ə düşüb.

Hesabat dövründə “PAŞA Bank”ın əməliyyat gəliri 10% azalaraq 97,489 mln. manata, xalis mənfəəti isə 30%azalaraq 35,394 mln. manata düşüb. Azalma əsasən valyuta əməliyyatlarından Bankın əvvəlki kimi gəlir əldə etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənməsinin sabitləşməsi nəticəsində “PAŞA Bank”ın valyuta əməliyyatlarından gəliri 71% azalıb.

Hazırda “PAŞA Bank”ın 31 min plastik kart istifadəçisi var. Bu rəqəmin ilin sonuna qədər 2 dəfə artması gözlənilir.

Bankın işçilərinin sayı isə hazırda 725-dir.



Xəbərin oxunma sayı : 241




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap