Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İntihar edən qardaşını xilas etmək üçün özünü qayadan atdı - Təfərrüatlar

Tarix 18.05.21, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Qubanın Qəçrəş kəndi ərazisində çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.

1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlunun özünü çaya ataraq intihar etdiyi müəyyənləşib. Onu xilas etmək məqsədisə özünü çaya atan qardaşı 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İntihara R.İsayevin həyat yoldaşından ayrılması və övladı ilə görüşə bilmədiyi üçün keçirdiyi ciddi əsəb pozuntusunun səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb. Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib. (APA)



Xəbərin oxunma sayı : 706




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap