Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nə qədər gec deyil, De Byazi göndərilməlidir” - Vaqif Cavadov

Tarix 07.06.22, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Millətlər Liqasının ilk iki turunda Qazaxıstan və Belarusla qarşılaşıb. Qazaxıstana 2 cavabsız qolla uduzan yığmamız ötən gün Belarusla bacarmayıb – 0:0. 

Bəs, millimizin hazırkı durumu, oyunu gələcək üçün nə vəd edir? Yığmamızdan nə gözləmək olar? Komandamızdakı problemlər nədən qaynaqlanır? 

Qol.az saytının bu və digər suallarını millimizin sabiq hücumçusu Vaqif Cavadov cavablandırıb.

-  Millimizin son 2 oyunu barədə nə deyə bilərsiniz? 

-    Hamı hər şeyi görür. Ümumiyyətlə, ortada oyun yoxdur (gülür). Hansı oyundan danışmaq olar? Durum eynidir. Qazaxıstan millisi ilə matça baxın, onlar heç 2 ötürməni belə edə bilmirlər. Sən ancaq rəqib meydanında oynayırsan, top səndədir. Bəs, 5 müdafiəçini neynirsən? O dəqiqə 1 futbolçunu əvəzləyib, taktiki gediş etmək lazımdır. Daha sonra da hücum futbolu oynayırsan. Eyni şeyi Belarusla matç üçün də demək olar. Onların heç təhlükəli hücumları da olmurdu. Cəmi 2 hücum etdilər, zərbə vurdular, onu da bizim qapıçımız Şahruddin Məhəmmədəliyev dəf etdi. Bəli, bu oyunda qol vurmaq üçün şansımız var idi. Amma bu o demək deyil ki, biz yaxşı çıxış edirik. Fərdi ustalıqlara görə bəzi epizodar yarandı, qol şansımız oldu. Belarus millisi isə çox zəifdir. Hətta Qazaxıstandan da zəifdirlər. Amma biz yenə də heç nə edə bilmirik. Fiziki cəhətdən hər bir futbolçuya uduzuruq. 90 dəqiqə futbol oynayırıq, ən az 4 futbolçumuz ayağını tutur. Amma onların oyunçularının heç birinin ayağı tutmur. Bu o deməkdir ki, biz o səviyyədə oynamağa hazır deyilik. Bəli, bu, millinin baş məşqçisinə aid məsələ deyil. Amma Premyer Liqa ilə bağlıdır.

- Siz əsas problemi nədə görürsünüz? 

- Mən bütün problemləri baş məşqçidə görürəm. Təzə gəlsəydi, yığmayla cəmi 1 matç keçirsəydi, nəsə demək olardı. Amma Canni de Byazi artıq 2-ci ildir ki, Bakıdadır. Milli onunla 18 oyuna çıxıb. Ancaq durum eynidir. Ümumiyyətlə, oyun yoxdur. Adam nəsə edər də. 18 matçda hansısa bir ev tapşırığı olar, güncdən zərbə üzərində işləyərlər də. 

-  Amma Canni de Byazi oyundan sonra açıqlamasında millimizin inkişaf etdiyini və artıq hücum futbolu oynaya bildiyimizi deyib...

-  Mən də De Byazinin oyundan sonra verdiyi açıqlamanı oxumuşam. Artıq Qazaxıstan millisinin baş məşqçisi də bunu görüb deyir ki, De Byazi ancaq danışır, iş görmür. De Byazi hansı oyuna baxaraq irəliləyiş var deyir? Kimi aldadır? Elə bil Azərbaycanda futbolçu, mütəxəssis, futbolu bilən adam yoxdur. Hələ belə açıqlamalar da verir. Bizi axmaq yerinə qoyur. Bir nəfər ona çıxıb deməlidir ki, sən belə açıqlama verməməlisən. Biz də futbolu bilirik.

-  Bəs, sizcə De Byazinin heyət seçimi düzgün idi? 

- Mən futbolçuların hamısı ilə dostam, onların nəyi bacarıb-bacarmadığını bilirəm. Maksimin ötən gün elə çıxış etməyi onun hansı mövqedə oynamağından asılıdır. 5-li müdafiənin sağ cinahında oynamaq bu deməkdir ki, o, matçboyu ancaq irəliyə getməlidir. De Byazi hansı ağılla Maksim Medvedevi sağ cinah yarımmüdafiəçisi kimi oynadır? Hamı hər şeyi görür. Riçard Almeyda əgər klubunda oynamırsa, sən onu necə milli ilə meydana çıxara bilərsən? Bu, mənə çox maraqlıdır. 

-  De Byazi isə təxminən 1 ay əvvəl İtaliya mətbuatına açıqlamasında problemin bizim milli komandamızda olduğunu demişdi. Hətta futbolçuları qorxaq da adlandırmışdı...

- De Byazi həmin açıqlamanı verəndən sonra dedilər ki, bu, İtaliya mətbuatının səhvidir, düzgün tərcümə etməyiblər. Amma bu, artıq 3-cü dəfədir ki, təkrarlanır. 3 dəfə tərcümə səhvi olar? Mən inanmıram. Yenə də özləri bilərlər. Mən onsuz da De Byazinin yerinə gələsi deyiləm. Sadəcə milli komandamıza canım yanır. Azarkeşlər məni görəndə deyirdilər ki, biz stadiona sizə görə gəlmişik. 7 il əvvəlki ab-havadan, azarkeşlərin milliyə olan sevgisindən əsər-əlamət də yoxdur. Bu müddət ərzində isə hər dəfə eyni cür oynamışıq. Bu da nədən irəli gəlir? Təbii ki, yanlış baş məşqçi seçimindən, düzgün heyət qurmamaqdan. Hər bir futbolçunun oyuna təsiri var. 

-  Deməli, millinin uğur qazanması üçün əvvəlcə baş məşqçi dəyişikliyi lazımdır? 

-  Bəli. De Byazi oyundan sonra da qol imkanlarından danışır. Bəs, 5-li müdafiəni neynirsən? Hücumameyilli oyna, taktiki gedişini göstər. Qol vurmaq istəyirsən, amma meydana hücumçu əvəzinə müdafiəçi çıxarırsan. Bunu demişəm, deyəcəyəm də, nə qədər gec deyil, bu baş məşqçini göndərmək lazımdır. De Byazi bizə heç uyğun deyil. Ola bilər ki, başqa yerdə uğuru olsun, sonra Vaqif və ya digərləri məni haqsız yerə tənqid etdilər desin. Amma De Byazi bu 2 ildə heç bir iş görməyib. 

-  Amma bu illər ərzində saysız-hesabsız baş məşqçi dəyişikliyi olub. Niyə uğur qazanmırıq? 

- Onların heç biri yaxşı məşqçi olmayıb. İstər Nikolo Yurçeviç, istər De Byazi, istərsə də, digərləri. Başqa kim gəlib ki? Berti Foqts və Robert Prosineçki seviliblər. Qurban Qurbanovu deməzdim, çünki millidə çox qısa müddət keçirdi. 

- Görünən odur ki, bütün bu tənqidlər nə baş məşqçiyə, nə də baş məşqçi seçimini edənlərə maraqlı deyil...

-  Bəzi futbolçular yığma komanda haqqında pis danışırlar, amma yenə də milliyə cəlb edilirlər. Bu cür vəziyyətdə sizlər fikir bildirməlisiniz, sözünüzü deməlisizniz ki, belə şeylər olmasın. Mən yenə deyirəm, əsas problem baş məşqçidədir. Mən istəyərdim ki, azarkeşlərimiz bizim vaxtımızda olduğu kimi fikirlərini bildirsinlər, tənqid etsinlər. Fikir bildirilsə, məncə, yaxşı olar. Çünki biz kimin üçün oynayırıq? Azarkeş üçün. Jurnalistlər bir dəfə yazır, iki dəfə yazır. Sonra bunlar yaddan çıxır. Amma sırf adlarla qeyd etmək lazımdır. Milli komanda uduzanda biz 3-4 gün çölə çıxa bilmirdik. Amma indi oyundan sonra sosial şəbəkələrdə paylaşım edirlər. Bunlar da onların yanına kar qalır. 



Xəbərin oxunma sayı : 1294




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap