Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

Tarix 21.06.18, 3:39

Font ölçüsü : - / +
bitmap-img6


"Nar” 2018-ci ildə də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri xüsusi hədiyyələrlə mükafatlandırmaq niyyətindədir. Belə ki, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ilin ən uğurlu abituriyentlərinə "Nar” operatoru adından dəyərli hədiyyələr təqdim ediləcək.  

Bu məqsədlə, son qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra xüsusi bir tədbirin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ötən il də 700 bal toplamış 15 tələbəni təntənəli surətdə mükafatlandıran mobil operator artıq bu aksiyanı bir ənənə halına gətirib. 

Təhsil "Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş "Nar” GSM laboratoriyası yaratıb, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini  mütəmadi olaraq xüsusi hədiyyələrə layiq görüb. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən "Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.     
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap