Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Mopedləri nömrəsiz və vəsiqəsiz sürmək mümkün olacaq” – Qanunda nələr dəyişir?

Tarix 30.11.22, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


“Yol Hərəkəti haqqında” Qanuna (YHQ) mopedlərin dövlət qeydiyyatına alınmasını və moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb edilməsini nəzərdə tutan dəyişiklik olacağı ilə bağlı xəbərlər yayılıb. Bu barədə yerli mediada və sosial şəbəklərdə, habelə Milli Məclisdə geniş müzakirələr açılıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Milli Məclisdə müzakirə olunaraq 1-ci oxunuşda bəyənilən layihənin, nə qədər qəribə olsa da, mopedlərə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, əslində motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirilməsindən söhbət gedir: “YHQ-ni yaxşı bilənlərə məlumdur ki, bu Qanunun 1-ci maddəsinin 27-ci bəndində mopedə anlayış verilib. Bu normativ anlayışa əsasən, moped iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Yəni heç bir halda mopedin daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan yuxarı ola bilməz. Əgər bu kəmiyyətlərdən biri aşılarsa, belə texnika artıq moped yox, motosikletdir”.

Ekspert bildirir ki, sadəcə olaraq YHQ-nin 27-ci maddəsinin 2-ci hissəsində dövlət qeydiyyatına alınmalı olan mexniki nəqliyyat vasitəsinin meyarı kimi daxili yanma mühərrikinin iş həcminin 50 kub santimetrdən, maksimum konstruksiya sürətinin isə 50 km/saat-dan az olmaması barədə normada bu iki meyar arasında vergul işarəsi qoyulub.

“Hüquq normasını düzgün təfsir etməyənlər düşünürdülər ki, texnikada bu iki meyarın hər ikisi olmalıdır ki, o motosiklet sayılsın. Lakin bu düzgün təfsir deyil, çünki normaları təfsir edərkən sadəcə vergül işarəsinə yox, həm də başqa normaların sistemli təhlilinə də diqqət ayrılmlıdır. Belə edəndə isə tam aydın olur ki, əgər bu texnikanın daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan az deyilsə, bu moped yox, motosikletdir. Motosiklet olduqda isə dövlət qeydiyyatı, nömrə verilməsi, onu sürənin isə ən azı “A1” altkateqoriyalı sürücülük vəsiqəsi məcburidir”, o qeyd edib.

Açıklama yok.

Ə.Hüseynov vurğulayır ki, dünən müzakirə edilmiş dəyişiklik həmin vergüldən sonra “yaxud” sözünün əlavə edilməsindən ibarətdir: “Belə edildikdən sonra daha heç kəs yanlış təfsir etməyəcək və qəti əmin olacaq ki, əgər bu texnikanın daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, yaxud maksimum konstruksiya sürəti 50 km/saat-dan az deyilsə, bu moped yox, motosikletdir. Deməli, onun dövlət qeydiyyatı (nömrəsinin və qeydiyyat şəhadətnaməsinin olması) və onu idarə edənin uyğun sürücülük vəsiqəsinin (“A1” altkateqoriyalı və “A” kateqoriyalı) olması məcburidir”.

Ekspert əlavə edir ki, bu dəyişikliyin mopedlərə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, mopedləri yenə də qeydiyyatsız, nömrəsiz və vəsiqəsiz sürmək mümkün olacaq. “Sadəcə olaraq real konstruksiya sürəti 50 km/saat-dan çox olan (bəzən hətta 80-90 km/saat olan), lakin mühərrikinin iş həcmi 50 kub santimetrdən az olduğuna görə indiyə qədər yanlışlıq səbəbindən qeydiyyata alınmayan kiçik motosikletlər də qeydiyyata alınacaq, onları idarə edənlrdən sürücülük vəsiqəsi tələb olunacaq”, - ekspert bildirib.

Ərşad Hüseynov əlavə edir ki, bu layihə qüsursuz da deyil:

“Birincisi, real konstruksiya sürəti 50 km/saat-dan çox olan, motosikletə bənzər elektrik mühərriklli nəqliyyat vasitələri də var. Ona görə də yaxşı olardı ki, daxili yanma mühərrikinin iş həcmi ilə yanaşı, mühərrikin gücü də Qanuna daxil ediləydi.

İkincisi, həmin ikitəkərlilərin spidometrində bəzən maksimal kəmiyyət olaraq 60, 70, 80 ədədləri olur, lakin onların real sürəti 50 km/saat-dan az olur. Belə halda qeydiyyat zamanı real sürət necə müəyyən ediləcək? Qanunda bu da olsaydı, yxşı olardı. Real sürətin istehsalçının verdiyi texniki sənədlər, xüsusən də sertifikat əsasında müəyyən edilməsi daha doğru olar, belə sənəd olmadıqda isə real sürət xüsusi sınaq yolu ilə müəyyən edilə bilir.

Üçüncüsü, bu dəyişiklik mopedlə və digər mühərrikli mikromobillik vasitələri ilə bağlı məsələni həll etmədi. Əslində isə həmin vasitələrin yol hərəkətində iştirakla bağlı statusuna, onlardan istifadə qaydasına aydınlıq gətirilməlidir”.



Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap